Modern.az

Əhməd Davudoğlu Ermənistana xəbərdarlıq etdi: “Qarabağdan çıxın!”

Əhməd Davudoğlu Ermənistana xəbərdarlıq etdi: “Qarabağdan çıxın!”

Aktual

5 Fevral 2013, 14:49

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qahirədə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə toplantısında Azərbaycanın Dağlıq Qarabağ problemindən söz açıb. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, türkiyəli nazir bölgədə yaşanan problemlərdən danışaraq Ermənistanın işğalçılıq siyasətini pisləyib. Ə.Davudoğlu Dağlıq Qarabağ probleminin həll edilməməsində rəsmi İrəvanı günahkar bilərək erməniləri Qarabağı tərk etməyə çağırıb.

"Azərbaycan ilə Ermənistan arasındakı Dağlıq Qarabağ problemi yalnız sülh yolu ilə həll edilə bilər. Ermənistanın işğal etdiyi Azərbaycan topraqlarından çıxmalı, zəbt etdiyi Qarabağı tərk etməlidir”,-deyə nazir ermənilərə xəbərdarlıq edib.

A.RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi