Modern.az

Nigar Yaqublunun vəsatəti təmin olunmadı

Nigar Yaqublunun vəsatəti təmin olunmadı

Aktual

5 Fevral 2013, 16:43

Bu gün Sumqayıt Apellyasiya Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunun apellyasiya şikayətinə baxılıb. Modern.az-ın məlumatına görə, Nigar Yaqublunun iştirak etmədiyi prosesə onun vəkilləri Nemət Kərimli, Adil İsmayılov və Elton Quliyev qatılıb.

Prosesdə Nigar Yaqublunun  ev dustaklığına buraxılması haqda vəsatət qaldırılsa məhkəmə bu vəsatəti təmin etməyib. N.Yaqublunun növbəti məhkəmə prosesi fevralın 21-i, saat 15-ə təyin edilib.

Qeyd edək ki, Müsavat Partiyasının üzvü Nigar Yaqublu avqustun 25-də Aydın Acalovun ölümünə səbəb olan avtomobil qəzası ilə bağlı günahkar bilinərək məhkəmənin qərarı ilə 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür