Modern.az

QHT Alyansı ölkədə baş verən son hadisələri müzakirə etdi

QHT Alyansı ölkədə baş verən son hadisələri müzakirə etdi

Aktual

5 Fevral 2013, 16:45

Bu gün QHT Əməkdaşlıq Alyansı İdarə Heyətinin növbəti iclası keçirilib. Alyansın həmsədri Rəfail Becanovun sədrliyi ilə keçirilən iclasda ötən müddət ərzində görülən işlər, ölkədə baş verən hadisələrə münasibət, Alyansın Xocalı faciəsi ilə bağlı ötən ildən başladığı internet aksiyanın davam etdirilməsi, Seçki Monitorinqinin növbəti mərhələsinə başlanılması və qarşıdakı yaxın müddət üçün keçiriləcək tədbirlər planı müzakirə edilib.  

Alyansın həmsədri Rufiz Qonaqov ötən müddət ərzində görülən işlər, Seçki Monitorinqi ilə bağlı birinci mərhələnin yekunları haqqında İdarə Heyətinə məlumat verib. O, bildirib ki, seçki monitorinqi çərçivəsində siyasi partiyalarln resurslarının araşdırılması ilə bağlı monitorinq yekunlaşdırıldı və ictimaiyyətə təqdim olunub. Onlarla mətbuat orqanında nəticələrlə bağlı məlumat işqılandırılıb. Hesab edirik ki, bu mərhələ uğurla həyata keçirilib. Alyansın həmsədri Yadigar Məmmədli ölkədə baş verən son hadisələr haqqında çıxış edib. O, bildirib ki, “bu hadisələr narahatlıq doğurur və vətəndaş cəmiyyəti olaraq, bu məsələlərə münasibət bildirməliyik”.
İdarə Heyətinin üzvləri məsələyə münasibərt bildirərək, hesab ediblər ki, vətəndaş cəmiyyəti sektoru olaraq, istər Binə, istər İsmayıllı hadisələrinə səbəb olanlarla bağlı informasiya və faktlar ciddi araşdırılacaq, hadisələrin əsas səbəbkarları kimliyindən asılı olmasından asılı olmayaraq, layiqli cəzalarını alacaqlar.

”QHT Əməkdaşlıq Alyansı olaraq, bir daha baş vermiş hadisələrdən narahat olduğumuzu bəyan edir və hesab edirik ki, vətəndaş qarşıdurması ölkəmiz, onun imici üçün yolverilməzdir və hər kəs bu kimi hallardan uzaq olmağa çalışmalıdır”. 

Alyansın baş katibi Xanoğlan Əhmədov Alyansın yaxın müddət ərzində tədbirlər planı haqqında İdarə Heyətinə məlumat verib. O, bildirib ki, bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur. Qurumun Xocalı faciəsi ilə bağlı ötən il başladığı internet aksiyanın davam etdirilməsi ilə bağlı bildirib ki, ötən il başlanan bu aksiyaya 100 mindən çox insan dəstək verib.

”Qarşıdan Xocalı faciəsinin ildönümü gəlir. Alyans yenə də bu internet aksiyanı davam etdirməlidir”.

Sonra Alyansın NTK sədri Çingiz Dadaşov Seçki Monitorinqinin davam etdirilməsi ilə bağlı bildirib ki,  monitorinqin birinci mərhələsi uğurla başa çatdırılıb.
”Amma bu monitorinq uzunmüddətli və bir neçə mərhələni əhatə edən bir mexanizmdir. Ona görə də artıq növbəti mərhələyə başlamaq zamanıdır. Hesab edirik ki, növbəti mərhələyə start verə bilərik. Bu mərhələdə əhalinin seçkiyə münasibəti və gözləntilərinin öyrənilməsi həyata keçiriləcək”. İdarə Heyətinin üzvlərindən İradə Yaqubova, Gülsel Səfərova, Mütəllim Rəhimli, Dünyaxanım Əliyeva, Mahirə Əmirhüseynova, Nailə İsmayılova, Nərgiz Nağıyeva, Gülnarə Bağırova  və digərləri çıxış edərək müzakirə  olunan məsələlər ətrafında öz fikirlərini bildiriblər.

İdarə Heyətinin qərarı ilə Xocalı aksiyasının davam etdirilməsi və tədbirlərin keçirilməsi, seçki monitorinqinin növbəti mərhələsinə başalanılması və  ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar və QHT-lər arasında əməkdaşlığın gücləndirilməsi mövzusunda forumun keçirilməsi barədə yekun qərar qəbul edilib.

 

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür