Modern.az

Bakının hansı küçələrində hərəkət pullu olacaq?

Bakının hansı küçələrində hərəkət pullu olacaq?

Aktual

5 Fevral 2013, 17:40

“Şəhərin mərkəzində tıxacları aradan qaldırmaq üçün pullu keçid təcrübəsi tətbiq oluna bilər”. Bu barədə Modern.az-a “NBA Consulting” şirkətinin direktoru Nüsrət İbrahimov bildirib. Onun sözlərinə görə, gələcəkdə bu təcrübə Bakının bütün mərkəzi hissəsinə aid ola bilər: “Yəqin ki, rəsmi şəxslər xarici ölkələrdə bu sistemin necə işlədiyini öyrənirlər və tədricən bu sistem Azərbaycanda da tətbiq olunacaq. Çünki şəhərin mərkəzindəki tıxaclarla mübarizənin başqa üsulu yoxdur”

  Onun sözlərinə görə, şəhərinin mərkəzini aşağıdakı hissələrdən ayırmaq olar: “Cavanşir körpüsündən Bayıl qəsəbəsinə qədər, Xəzər dənizindən Nəriman Nərimanov abidəsinə qədər, Tbilisi prospektindən Gənclik metrosuna qədər.  Sözsüz ki, birdən-birə yolları bağlamaq, keçidi pullu etmək olmaz. İlk olaraq alternativ yollar çəkilməlidir ki, sonradan keçidlər pullu olsun. Bu işləri tədricən görmək lazımdır. Birinci növbədə Neftçilər prospekti, Rəşid Behbudov və Xaqani küçələrini pullu etmək olar. Çünki daha çox avtomobil axını bu küçələrdə müşahidə olunur”.     Qeyd edək ki, şəhərin mərkəzindəki yollarda həddən artıq yüklənmənin qarşısını almaq üçün belə bir təcrübə Londonda 2003-cü ildə tətbiq olunub. Hazırda bu şəhərin mərkəzi hissəsinə avtomobillə daxil olmağın qiyməti bir gün üçün 8 funtdur. Proqramın həyata keçirilməsində ötən müddət ərzində pullu keçid sahəsi bir neçə dəfə genişlənib. Ödənişləri İnternet və SMS vasitəsilə, o cümlədən kassalarda ödəmək mümkündür. Qaydaları pozan sürücüləri 60 funt məbləğində cərimə gözləyir.

 

 

Gültəkin ƏLƏSGƏR  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür