Modern.az

Artıq “Nissan Altima”nın son modeli satışda

Artıq “Nissan Altima”nın son modeli satışda

Aktual

5 Fevral 2013, 17:52

Bu gün Bakı şəhərində, A. Salamzadə küçəsində “Nissan” satış, Servis, Ehtiyat hissələri mərkəzində yeni “Nissan-Altima” modelinin təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, “Altima” 20 illiyi münasibətilə yeni, təkmilləşdirilmiş model bu gündən etibarən müştərilərə təqdim olunub. Şirkətin satış meneceri “Altima” modelinin 1992-ci ildən istehsal edildiyini deyib. Onun sözlərinə görə, 2002-ci ildə bu model Şimali Amerikada ilin maşını seçilib.

  “İllik həcmi 150.000 keçib. 2007-ci ildən Altima Coupe modeli təqdim olundu. 2010-ci ildən insanlar üçün etibarlılıq, təhlükəsizliyi və performans etiketi kimi qəbul olundu. Yeni “Altima” modeli bundan öncə çıxanların ən təkmil formasıdır”.   Yeni “Altima” modelinin əsas üstünlüyü 60 metr məsafədən pult vasitəsilə işə salına bilinməsdir. Yanacağa qənaətli və “Paddle shifter” idarəetmə formasına malikdir. Dinamik dizayna malik olan avtomobilin oturacaqları çox rahatdır. Avtomobil son model arxa görmə monitoru ilə təchiz olunub. Onun vasitəsilə arxada hərəkət edən obyekti səs vasitəsilə sürücüyə bildirir. Bununla vasitəsilə sürücü gecə vaxtı yolda yerdəyişməni də görə bilər.   Sonda bildirildi ki, “Altima” modeli hər bir rəngdə “Nissan” satış mərkəzlərində var. Müştərilər istədikləri vaxt müraciət edə bilərlər.

 

 

Anar KƏLBİYEV  
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır