Modern.az

Əhmədinejat İlham Əliyevi İrana dəvət etdi

Əhmədinejat İlham Əliyevi İrana dəvət etdi

6 Fevral 2013, 11:50

İran prezidenti Mahmud Əhmədinejat azərbaycanlı həmkarı İlham Əliyevi Tehrana səfərə dəvət edib. Modern.az-ın İnterfaks-a istinadən verdiyi məlumata görə, bu barədə İranın Azərbaycandakı səfiri Möhsin Pak Ayin bildirib. Onun sözlərinə görə,İran  Azərbaycan tərəfinin rəsmi səfərin vaxtını açıqlamasını gözləyir.

 “İran prezidenti M.Əhmədinejat Azərbaycanın dövlət başçısı İlham Əliyevi Tehrana dəvət edib. Azərbaycan tərəfinin rəsmi səfərin vaxtını açıqlamasını gözləyirik. Yaxın vaxtlarda İranın XİN başçısı Əli Əkbər Salerhi İran- Azərbaycan ticari- iqtisadi komissiyasnın iclasında iştirak etmək üçün Azərbaycana gələcək”,- deyə səfir əlavə edib. Bununla yanaşı, diplomat qeyd edib ki, yaxın vaxtlarda İranın “Səda o Sima” teleşirkətinin sədr müavinin Azərbaycana işgüzar səfəri nəzərdə tutulub.”Səfər Bakıda mediya- komitə yaratmaq məqsədi daşıyır”,- deyə diplomat qeyd edib.

Bundan başqa, İranda keçiriləcək “Azərbaycan mədəniyyət həftəsi” tədbirlərində iştirak etmək üçün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin və digər yüksək vəzifəli şəxslərin qonşu ölkəyə səfəri gözlənilir.

A.RÜSTƏMOV

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır