Modern.az

İçəri Şəhərdə siqaret çəkmək qadağan edildi

İçəri Şəhərdə siqaret çəkmək qadağan edildi

Aktual

6 Fevral 2013, 12:08

İçəri Şəhər ərazisindəki kafe və digər ictimai iaşə obyektlərində siqaret çəkilməsi ilə bağlı məhdudiyyətlərin tətbiqinə başlanılıb. Bu barədə Modern.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirlib ki, ictimai yerlərdə və qapalı məkanlarda tütün məmulatlarının istifadəsi uzun müddətdir ki, cəmiyyət üçün aktual problem olaraq qalmaqdadır. Siqaret tüstüsünün tərkibində 43-ü kanserogen olmaqla  200-ə yaxın toksiki maddənin  olduğunu nəzərə alsaq, yaratdığı fəsadların həcmini də təxmin etmiş olarıq.

Səhiyyə Nazirliyinin xəbərdarlıqlarına baxmayaraq ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı məhdudiyyətlərə hələ də tam əməl olunmur. Siqaretə qarşı mübarizəyə dəstək olmaq məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq qoruğunda yeni layihəyə start verilib.

Sağlam həyat tərzini təbliğ edən tədbirlər çərçivəsində İçərişəhər ərazisindəki bir sıra ictimai iaşə obyektlərində (“Karvansara”, “Köhnə şəhər”, ”LeCafe”, “Şur”, “Manqal”, “Buta”, “Sultan İnn”, “Garageİskender”) siqaret çəkilməsi ilə bağlı artıq qadağa və məhdudiyyətlər tətbiq olunmağa başlanıb. Belə ki, həmin obyektlərin daxili məkanı siqaret çəkənlər və çəkməyənlər üzrə bölünüb. Siqaret çəkənlər üçün nəzərdə tutulmuş zalda hava təmizləyici qurğulardan istifadə olunur.

Bir zaldan ibarət, kiçik məkanlı və bölünməsi mümkün olmayan obyektlərdə isə siqaret çəkilməsi tamamilə qadağan olunub.

Siqaret çəkilməsi ilə bağlı qadağa və məhdudiyyətlərin gələcəkdə ərazidəki bütün  obyektlərdə tətbiq olunacağı nəzərdə tutulur.

Modern.az  

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü