Modern.az

“Rövşən Lənkəranski sağ-salamatdır, ölməyib” - AÇIQLAMA

“Rövşən Lənkəranski sağ-salamatdır, ölməyib” - AÇIQLAMA

6 Fevral 2013, 12:42

Kütləvi informasiya vasitələrində tanınmış azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin öldürülməsi barədə məlumatlar yayılıb. Modern.az bildirir ki, musavat.com-un apardığı araşdırma zamanı məlum olub ki, Rövşən Lənkəranski kimi tanınan Rövşən Canıyev Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalının qohumudur. Bu səbəbdən avtoritetin ölüm xəbərini dəqiqləşdirmək üçün Fəzail Ağamalı ilə əlaqə saxlayıblar. O, Rövşən Lənkəraski ilə qohumluğunu təsdliqləyib. Partiya sədrinin sözlərinə görə, xəbərlər yayıldıqdan sonra Rövşən Canıyevin qardaşı (Fəzail Ağamalının qardaşı qızı onun həyat yoldaşıdır) ilə əlaqə saxlayıb:
"Dəqiqləşdirdim ki, Rövşən Lənkəranski sağ-salamatdır. Düzdür, onun həyatı üçün təhlükə var. Amma sui-qəsd barədə məlumatlar yanlışdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı