Modern.az

Elmar Hüseynovun qətlinin 5-ci ili tamamlandı

Elmar Hüseynovun qətlinin 5-ci ili tamamlandı

Təhsil

2 Mart 2010, 12:05

Bu gün “Monitor” jurnalının mərhum baş redaktoru Elmar Hüseynovun vəfatının 5-ci ili tamam olur. Elmar Hüseynov 2 mart 2005-ci il tarixdə yaşadığı mənzilin blokunda qətlə yetirilib. O, 17 iyul 1967-ci ildə anadan olub. 1992-ci ildə Azərbaycan Mühəndis-inşaatçılar İnstitutunu mühəndis-hidrotexnik ixtisası üzrə bitirib. Bir müddət ixtisası üzrə çalışıb. 1995-ci ildən sonra jurnalist fəaliyyətinə başlayıb. 

Elmar Hüseynovun həyat yoldaşı Ruşaniyyə Hüseynova və oğlu Aslan hazırda Norveçdə mühacirətdə yaşayır.

  

Hüquq-mühafizə orqanlarının məlumatına görə, onun qatillərinin axtarışı hələki nəticəsiz qalır. Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...