Modern.az

“İlqar Məmmədovun həbsi qaranlıq məqamlardan xəbər verir” - Politoloq Rəyi

 “İlqar Məmmədovun həbsi qaranlıq məqamlardan xəbər verir” - Politoloq Rəyi

6 Fevral 2013, 14:50

“Hər zaman hakimiyyət daha çox ənənəvi müxalifətlə mübarizə aparıb. Digər müxalif düşüncəli insanları isə görməməzliyə vururdu. Buna görə də İlqar Məmmədovun həbsi qaranlıq məqamlardan xəbər verir”. Bunu Modern.az saytına açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, hökumət içində hakimiyyəti dağıtmaq istəyən qüvvələr var. Politoloq qeyd edib ki, İlqar Məmmədovun həbsi Azərbaycan hakimiyyətinə baha başa gələ bilər. “Bu həbs İlqar Məmmədovun populyarlaşmasına yol aça bilər, çünk artıq prezidentliyə namizədliyi də irəli sürülüb. Digər tərəfdən düşünürəm ki, beynəlxalq aləmin dəstəyi də güclü olacaq. Vaxtilə jurnalist Eynulla Fətullayevə də güclü dəstək nümayiş etdirilirdi. Bu mənada mənim üçün absurd ittihamla İlqar Məmmədovun həbsini anlamaq çətindir”.

E. Şahinoğlunun fikrincə, REAL hərəkatı real bir qüvvəyə çevriləcək. “Bu həbsin hakimiyyətə nə xeyir verəcəyini anlamaq çətindir. Hakimiyyətin içində bəlkə elə qüvvələr var ki, onlar prokurorluğu İlqar Məmmədovun həbsinə sövq ediblər və bununla içdən parçalanmaq istəklərini biruzə verirlər”-deyə vurğulayıb.

Aqşin Kərimov

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir