Modern.az

Azərbaycanda bəzi dərmanların satışına qadağa qoyuldu

Azərbaycanda bəzi dərmanların satışına qadağa qoyuldu

6 Fevral 2013, 15:17

Səhiyyə Nazirliyi Farmakoloji və Farmokopeya Ekspert Şurasının növbəti iclası keçirilib. Nazirlikdən Modern.az-a verilən məlumata görə, iclasın gündəliyinə “Lirika” və “Koaksil”, “Tropin” və “Midriasil” dərman preparatlarının dövlət qeydiyyatının ləğv olunması və aptek şəbəkəsindən satışdan çıxarılması, “Oktaqam” preparatının dövlət qeydiyyatının bərpa olunması və s. məsələlər daxil edilib.

Ətraflı müzakirələrdən sonra “Lirika”, “Koaksil”, “Tropin” və “Midriasil” dərman vasitələrindən asılı şəxslərin ailə üzvlərinin, hüquq mühafizə orqanlarının Respublika Narkoloji Mərkəzinə dəfələrlə edilən müraciətlərini, xəstələr arasında rast gələn sui-istifadə və ağırlaşma hallarını nəzərə alaraq , “Lirika” və “Koaksil” dərman preparatlarının respublikaya idxalı bu preparatların fayda və risk nisbətləri monitorinq və araşdırmalarla tam qiymətləndirilənə qədər dayandırılması və dövlət qeydiyyatından çıxarılması qərara alınıb. Eyni zamanda “Tropin” və “Midriasil” dərman preparatları dövlət müəssisələrində işlənən əsas dərman preparatlarının siyahısına daxil edilmiş və aptek şəbəkəsindən satışdan çıxarılıb.

“Oktaqam” (normal insan immunoqlobulini) dərman vasitəsinin istehsalçısı tərəfindən göstərilən problemlər aradan qaldırılması və yaranma səbəblərinin öyrənilməsi başa çatdığı üçün isə bu preparatın dövlət qeydiyyatının bərpa edilməsinə dair qərar qəbul edilib.

Gültəkin

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi