Modern.az

TQDK: Abituriyentlər üçün sınaq imtahanlarının təqvimi hazırlanır

TQDK: Abituriyentlər üçün sınaq imtahanlarının təqvimi hazırlanır

Aktual

6 Fevral 2013, 17:06

2012/2013-cü tədris ilində ali məktəblərə hazırlaşan abituriyentlər üçün sınaq imtahanlarının vaxtı müəyyənləşdirilir. Bu barədə Modern.az-a məlumat verən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, abituriyentlər üçün ilk sınaq imtahanlarının aprel ayında keçirilməsi nəzərdə tutulur. Sınaq imtahanları iyun ayına kimi davam edəcək.

“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən abituriyentlər üçün sınaq imtahanları hər zaman olduğu kimi bu ildə respublikanın əksər şəhər və rayonlarında keçiriləcək. Sınaq imtahanlarına aprel ayından start veriləcək, amma hələlik tarix məlum deyil. Ümumiyyətlə imtahanların apreldən iyun ayına kimi keçrilməsi nəzərdə tutulub”, – deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.  

Aytən ƏLİYEVA

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub