Modern.az

Elmar Məmmədyarov Zirvə Toplantısına qatılıb

Elmar Məmmədyarov Zirvə Toplantısına qatılıb

Aktual

6 Fevral 2013, 18:24

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Qahirədə keçirilən İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirakı çərçivəsində türkdilli ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edib. Modern.az-a bu barədə nazirliyin mətbuat xidmətindən məlumat veriblər.

Görüşdə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncı təşkilatın gündəliyində duran məsələlər haqqında bəhs edib. Baş katib həmçinin, təşkilatın bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi statusu almaq istiqamətində gördüyü işlər, təşkilata üzv ölkələrin nəqliyyat və iqtisadiyyat nazirlərinin planlaşdırılan görüşü, Bakıda keçirilmiş türkdilli ölkələrin diaspor qurumlarının toplantısı haqda məlumat vermişdir. Nazirlər təşkilatın fəaliyyətinin gücləndirilməsi və region ölkələrində, xüsusilə də Əfqanıstanda birgə sosial layhələrin icra olunması üzrə razılığa gəliblər. 

Elmar Məmmədyarov həmçinin, Pakistan İslam Respublikası və Qırğız Respublikasının  xarici işlər nazirləri ilə ayrı-ayrı görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin durumu müzakirə olunub və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı