Modern.az

Rüstəm İbrahimbəyovun əleyhdarlarına vəsiqələr paylandı

Rüstəm İbrahimbəyovun əleyhdarlarına vəsiqələr paylandı

6 Fevral 2013, 19:12
Dövlət Film Fondunda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. Modern.az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, mədəniyyət və incəsənət xadimlərinin, yaradıcı gənclərin iştirak etdikləri tədbir çərçivəsində sənətşünaslıq elmləri doktoru, ARKİ-nin üzvü Əlisəftər Hüseynovun "Səhnədən o yana, yaxud sözün şəkli" kitabının təqdimatı da olub.

Daha sonra ARKİ-nin üzvlük vəsiqələrinin təqdimatı olub. İttifaqın sədri Şəfiqə Məmmədovaya, xalq artistləri Eldar Quliyev, Vaqif Mustafayev, Oktay Mir-Qasım, Mərahim Fərzəlibəyov, Vasif Babayev, Tofiq İsmayılov, Tariyel Qasımov, Siyavuş Kərimi, İlham Namiq Kamal, Zərnigar Ağakişiyeva, Arif Quliyev, Nuriyyə Əhmədova, kinorejissor Ayaz Salayev, əməkdar incəsənət xadimi Ənvər Əbluc, əməkdar artist Nahidə Orucova, aktrisa Günəş Mehdizadə və digərlərinə vəsiqələr təqdim edilib.

Sevinc  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir