Modern.az

Ötən il Azərbaycan məhkəmələri 21 nəfərə bəraət verib

Ötən il Azərbaycan məhkəmələri 21 nəfərə bəraət verib

2 Mart 2010, 13:07

Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gen mətbuat konfransı keçirib. Ötən ilin yekunlarından danışan R.Rzayev 2009-cu ildə Azərbaycan məhkəmələrində 96 min 129 işə baxıldığını qeyd edib. Ali Məhkəmə sədrinin sözlərinə görə, Azərbaycan məhkəmələrində baxılan işlərdən 75 min 269-u mülki iş olub. Hesabat dövründə 14 min cinayət və hərbi işlərə baxılıb.  Nəticədə 14 min 496 nəfər müxtəlif cəzalara məhkum edilib, 21 nəfərə isə bəraət verilib. Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyasında və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 2009-cu ildə  baxılmış işlər və daxil olmuş müraciətlər  2008-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb.  Mülki işlər üzrə məhkəmə kollegiyasında 14,6 faiz, iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasında 28,9 faiz artma мüşahidə olunub. Cinayət işləri üzrə məhkəmə kollegiyasında isə 7,7 faiz, hərbi işlər üzrə məhkəmə kollegiyasında  13,1 faiz  аzalma  qeydə alınıb.  Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş  işlərin sayı 10,8 faiz  artıb. Əgər 2008-ci ildə Ali Məhkəmədə cəmi 4 min 388 işə baxılmışdırsa, 2009-ci ildə 4 min 862 işə baxılıb. Bu da 2008-ci ildə  baxılmış işlərlə müqayisədə 474 (10,8 faiz) iş çoxdur. Ali Məhkəmənin Plenumunun 2008-ci ildə 6, 2009-cu ildə isə 4 iclası keçirilib. Ali Məhkəməyə edilən müraciətlərdə azalma müşahidə olunub. 2008-ci ildə Ali Məhkəməyə 22 min 320 müraciət edilmişdisə, 2009-ci ildə  21 min 162 müraciət edilib ki, bu da 1 min 158 (5,1 faiz) müraciət azdır. Əlavə kassasiya şikayəti ilə bağlı  müraciətlər isə 4,9 faiz azalıb. Ramiz Rzayevin sözlərinə görə, Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən hüquq pozuntuları ilə bağlı şikayətlər əsasında 2009-cu ildə 7 qərar qəbul edilib.  O, Avropa Məhkəməsinin qəbul etdiyi qərarların Azərbaycanda tam olaraq yerinə yetirildiyini vurğulayıb. R.Rzayev qeyd edib ki, ötən il  mayın 12-də Ali Məhkəmənin yüksək statusuna uyğun yeni inzibati binası istifadəyə verilib.  Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir