Modern.az

Facebook istifadəçilərinin AZƏRBAYCANDAKI yeni sayı açıqlanıb

Facebook istifadəçilərinin AZƏRBAYCANDAKI yeni sayı açıqlanıb

7 Fevral 2013, 10:20

Azərbaycanda Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayı 1 milyon nəfəri ötüb. Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Modern.az-a verdiyi məlumata əsasən: 

Azərbaycanın Facebook seqmenti daxil olma reytinqində 82-ci yerdədir. 

Sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycan əhalisinin 12,21 faizini təşkil edir.

Bu sosial şəbəkənin istifadəçilərinin sayı Azərbaycanda internet istifadəçilərinin ümumi sayının 24 faizinə bərabərdir. 

Ümumi istifadəçilərin sayı arasında kişilər 64 faiz, qadınlar isə 36 faiz təşkil edir. 

Facebook sosial şəbəkəsinin istifadəçilərinin sayına görə Azərbaycan post-sovet məkanının Gürcüstan, Qazaxıstan, Estoniya, Belarus, Ermənistan, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistan kimi ölkələrini qabaqlayır. 

Facebakers-in məlumatına görə, ölkələrin ilk beşliyinə ABŞ, Braziliya, Hindistan, İndoneziya və Meksika daxildir.

 

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər