Modern.az

Milli Məclisin martın 5-də keçiriləcək iclasının gündəliyi

Milli Məclisin martın 5-də keçiriləcək iclasının gündəliyi

2 Mart 2010, 16:37

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, bu həftənin cümə günü qurumun növbəti plenar iclası keçiriləcək.

Modern.az xəbər veriri ki, iclasın gündəliyinə 13 məsələ salınıb.

İclasda insan hüquqları üzrə müvəkklin seçilməsi, bir neçə ölkə ilə Azərbaycan arasında imzalanmış müqavilələrin ratfikasiya edilməsi məsələlərinə baxılacaq.

Bundan başqa, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamədə, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamədə, “Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamədə, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında”  Əsasnamədə, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsi”ndə və Azərbaycan Respublikasının Meşə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında qanun layihəsi, “Bədən tərbiyəsi və idman haqqında” qanunun qüvvəyə minməsi ilə bağlı bəzi qanunvericilik aktlarına əlavə və dəyişiklilər edilməsi barədə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğunmaliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər ediıməsi haqqında qanun layihəsi, məhkəmələrin fəaliyyəti haqqında informasiya əldə etmək barədə qanun layihəsi gündəlikdə olan məsələlər sırasına daxildir. 

Modern.az   

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu