Modern.az

Yazıçılar Birliyi: “Əkrəm Əylislinin AYB-dən çıxarılmasına Katiblikdə baxılacaq”

Yazıçılar Birliyi: “Əkrəm Əylislinin AYB-dən çıxarılmasına Katiblikdə baxılacaq”

Ədəbi̇yyat

7 Fevral 2013, 16:13

"Onun üzvlük məsələsi müzakirə olunacaq və üzvlükdən çıxarılacaq”

“Prezidentin məlum sərəncamlarından sonra Əkrəm Əylisinin Yazıçılar Birliyinin (AYB) üzvlüyündən çıxarılması məsələsinə baxılacaq”. Bu sözləri Modern.az-a açıqlamasında Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlu deyib.

“Bu sərəncamdan sonra AYB Katibliyinin iclası olmalıdır. Doğrudur, Əkrəm Əylisli o vaxt demişdi ki, Yazıçılar Birliyinin üzvi deyil. Mən ona xəbər göndərmişdim ki, əgər üzv  deyilsinizsə, ərizə yazıb rəsmən üzvlükdən imtina etməlisiniz. Amma onun ərizəsi o vaxtdan gəlib çıxmadı. Kimə verib, hardadır, bilinmir. Bu işə hələ Yazıçılar Birliyində baxılmayıb. Amma əslində o Yazıçılar Birliyinin üzvi sayılır. İndi isə Prezidentin bu sərəncamından sonra onun məsələsinə AYB-nin Katibliyində baxılacaq. Sabah katibliyin toplantısı olacaq. Bu toplantıda digər məsələlərlə yanaşı Əkrəm Əylisinin üzvlükdən çıxarılması da müzakirə ediləcək”.

Modern.az məsələyə Yazıçılar Birliyinin katibi Fikrət Qocadan da münasibət öyrənmək istəyib, amma o qısa və maraqlı cavab verdi: “Mən əsəbləşirəm. Burada “dejurniyam” nədi?!”, – deyib telefonu söndürüb.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı