Modern.az

Ukraynada hakim koalisiya dağıldı

Ukraynada hakim koalisiya dağıldı

2 Mart 2010, 18:27

Ukraynada Yuliya Timoşenko Bloku, Vladimir Litvin bloku və “Bizim Ukrayna-xalq özünü müdafiə” partiyasından təşkil olunmuş parlament koalisiyası dağıldı. Modern.az Ükrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ali Radanın spikeri Vladimir Litvin parlamentin bugünkü iclasında bildirib. Ali Radada bir il əvvəl koalisiya yaratmış 3 fraksiya 10 gün ərzində gələcək fəaliyyətlərinə dəstək olaraq 226 deputat imzası toplamalı idi. Lakin bu müddət başa çatıb və hakim koalisiya lazım olan sənədləri Rada rəhbərliyinə çatdırmadığına görə Litvin koalisiyanın dağıldığını rəsmən elan edib.   “Konstitusiya və Ali Radanın reqlamentinə müvafiq olaraq “mili tərəqqi, sabitlik və asayiş” parlament koalisiyasının fəaliyyətinin başa çatmasını  elan edirəm”,-deyə Litvin bildirib.  Bundan sonra, əgər 1 ay ərzində Ali Radada yeni  hakim koalisiya yaradılmasa, onda prezident Viktor Yanukoviç parlamenti buraxmaq və yeni seçkilər təyin etmək hüququ qazanır.

Hakim koalisiyanın dağılmasına görə məsuliyyəti baş nazir Yuliya Timoşenko və onun tərəfdarları Litvin bloku və Yuşşenkonun “Bizim Ukrayna” partiyasının üzərinə atıblar.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar