Modern.az

Yazıçılar Birliyi: “Əkrəm Əylisli daha AYB-nin üzvü deyil”

Yazıçılar Birliyi: “Əkrəm Əylisli daha AYB-nin üzvü deyil”

Ədəbi̇yyat

8 Fevral 2013, 13:56

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidməti Əkrəm Əylisli ilə bağlı açıqlama verib. AYB-dən Modern.az-a daxil olan açıqlamada bildirilib:

”Əkrəm Əylisli dəfələrlə deyib ki, o, 1991-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyündən çıxıb və bizim keçirdiyimiz tədbirlərdə iştirak etmir. Həmin vaxtan da bu günə kimi AYB-ə qarşı təxribat və böhtan xarakterli çıxışlar edir. AYB rəhbərliyi isə həmişə humanistlik göstərib, onun şıltaqlığına dözüb. Lakin “Daş yuxular” romanıyla Əylisli yalnız yazıçıların deyil bütün xalqın qəzəbinə tuş gəlib. AYB-nin bəyanatında bu barədə ətraflı açıqlama verilib. Bundan sonra da Ə.Əylisli mən “AYB-ni saymıram” mövqeyini bəyan edib. Biz də onun daha AYB-nin üzvü olmadığını təsdiq edirik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür