Modern.az

Xocalı və Lidiçe arasında memorandum imzalanıb

Xocalı və Lidiçe arasında memorandum imzalanıb

Təhsil

2 Mart 2010, 18:36

Çexiyanın Lidiçe xatirə kompleksində Xocalı faciəsinin 18-ci ildönümü münasibətilə tədbir keçirilib. Azər-Çex Cəmiyyətinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Lidiçe faciəsinin qurbanlarının xatirəsinə əbədi yanan məşəlin önünə əklil qoyulub. Bu barədə Modern.az Diaspor Məsələləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Tədbiri açan Liditse Kompleksinin rəhbəri Miloş Çervençl tədbirin mühüm əhəmiyyət sdaşıdığını qeyd edib. Mərasimdə çıxış edən səfir T.Tağızadə Liditse qətliamından sağ çıxmış şəxsləri salamlayaraq, anım mərasimini Xocalı faciəsinin xatırlanmasında yeni mərhələ, eləcə də Çexiya ilə Azərbaycan arasında inkişaf etməkdə olan strateji tərəfdaşlığın digər bir bariz nümunəsi kimi xarakterizə edib. Senator V.Koukal Xocalı faciəsinin qurbanlarının ailə üzvlərinə başsağlığı verib. Lidiçe şəhəri İcra başçısı Yosef Klima isə bildirib ki, qarşılıqlı şəkildə Lidiçe küçələrindən biri Xocalı adını, Xocalı şəhərində küçələrdən biri isə Lidiçe adını daşıyacaq. Sonra Xocalı faciəsi haqqında Heydər Əliyev Fondunun hazırladığı sərgi nümayiş olunub, Dağlıq Qarabağ münaqişəsi haqqında seminar keçirilib, sənədli film göstərilib. Tədbirə millət vəkili Gülər Əhmədova, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri S.Hümbətov, Xocalı şəhər icra hakimiyyəti başçısının müavini Vahid Əliyev, Çexiya Senatının təmsilçiləri, Türkiyə və bəzi MDB ölkələrinin Çexiyadakı səfirliklərinin, diasporların nümayəndələri və KİV təmsilçiləri qatılıb. Qeyd edək ki, tədbirin keçirilməsinə qarşı çıxan erməni diasporu və Ermənistan rəsmiləri Lidiçe şəhərinin rəhbərliyinə ciddi təzyiqlər göstəriblər. Belə ki, tədbirin kecirilməsinə mane olmaq məqsədilə Ermənistanın Avstriyadakı səfiri Aşot Ovakiyamyan Çexiyadakı erməni kilsəsinin keşişi arximandrit Barseqa Pilavcyan, « Erməni » klubunun sədri Tiqran Abramyan, « Orer » jurnalının baş redaktoru Akop Asatryanın müşaiyəti ilə Lidiçe qəsəbəsinə gələrək Lidiçe xatirə kompleksinin və Lidiçe qəsəbə admnistrasiyasının rəhbərliyi ilə görüşüblər. Onlar Xocalı faciəsini güya Azərbaycanın o vaxtkı rəhbərliyinin törətdiyini bildirərək bu barədə uydurma faktlar təqdim ediblər. Bundan başqa onlar Lidiçedə Xocalı faciəsi ilə bağlı anım tədbirinin, fotosərginin keçirilməsinə və əməkdaşlıq haqqında protokol imzalanmasına etiraz ediblər. Buna baxmayaraq, Azərbaycanın Çexiyadakı səfiri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Xocalı İcra Hakiməyyəti başçısının müavini və Çexiyadakı  diasporumuzun fəalları Lidiçe şəhər rəhbərliyi ilə görüşərək Xocalı soyqırımı haqqında əsl həqiqətləri diqqətə çatdırıb, ermənilərin təqdim etdiyi faktların onların növbəti uydurması olduğunu bildiriblər. Beləliklə, fevralın 26-da anım tədbiri, martın 1-də isə Xocalı Şəhər İcra Hakimiyyəti ilə Lidiçe Xatirə Kompleksi və onun tabeçiliyində olan NKP Lejaki Memorialı arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanması baş tutub. Bu sənəd şəhərlər arasında birbaşa əməkdaşlıq əlaqələr qurmağı, xalqlar arasında mədəni əlaqələrin yaranmasına dəstək verməyi və sosial-mədəni sahədə əməkdaşlıq istiqamətində digər bir sıra öhdəlikləri nəzərdə tutur.       Memoranduma görə, Lidiçe Lidiçe Xatirə Kompleksi və Xocalı Şəhər İcra Hakimiyyətinin əməkdaşlığı əsasən qarşılıqlı təşviqat-təbliğat işlərinin aparılmasını, hər iki şəhərdə baş vermiş faciəyə dair sərgilərin təşkilini, Lidiçe sakinlərinin və Xocalı faciəsi şahidlərinin görüşlərini, elmi tədqiqatlar üçün arxiv materiallarindan istifadə üçün şəraitin yaradilmasını, soyqırıma aid nəşrlərin mübadiləsini, eləcə də  birgə nəşlərin layihəsinin hazırlanmasını və tarixi materiallarin çap olunmasını, uşaq və gənclər üçün tədris xarakterli yarış və müsabiqələrin təşkilini əhatə edir. Lidiçe və Xocalının qardaşlaşması ilə birbaşa bu  şəhərlərin rəhbərliyi arasındakı razılaşma əsasında həllini tapacaq.

Mərasimin keçirilməsi üçün Liditse şəhərinin seçilməsi ilə əlaqədar qeyd edək ki, bu şəhər Xocalı ilə eyni acı taleyi paylaşır. Praqanın şimal-qərbində yerləşən Liditsedə 1942-ci ilin iyununda faşistlər tərəfindən kütləvi qırğın törədilmiş, 340 insanın, o cümlədən 88 uşağın həyatına son qoyulub. Lidiçe qəsəbəsi 1942-ci ildə alman faşistləri tərəfindən yerlə yeksan edilib, əhalisi terrora məruz qalıb. Azər-Çex Cəmiyyəti Diasporla İş üzrə Dövlət Komitəsinin Azərbaycanın Çexiyadakı Səfirliyinin dəstəyi ilə 2007-ci ildən bəri 3 il ərzində Lidiçe Muzeyi və Xatirə Kompleksində Xocalı faciəsinə həsr olunmuş silsilə tədbirlər keçirib.  

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi