Amerikada yapon maşınlarına olan etimad azalmağa başlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İSA Today qəzeti və Gallup araşdırma mərkəzinin apardığı rəy sorğularına görə, Amerikada “Toyota” və “Lexus” markalı avtomobillərə güvən azalmağa başlayıb. Rəy sorğusunda iştirak edənlərin 51 faizi hesab edir ki, “Toyata”nın potensial təhlükəsizik məsələlərinə münasibəti zəifdir. “Toyota” maşını olanların 14 faizi təhlükəsizlik riskindən narahatdırlar. Rəyi soruşulanların 74 faizi isə markaya münasibətlərinin dəyişmədiyini qeyd ediblər. Qeyd edək ki, “Toyota” şirkəti dünya miqyasında 8,5 milyon avtomobilini təhlükəsizlik məsələlərinə görə geri çağırıb.