Modern.az

Bakının IV sinif şagirdlərinin riyaziyyatdan bilikləri yoxlanılacaq

Bakının IV sinif şagirdlərinin riyaziyyatdan bilikləri yoxlanılacaq

Ölkə

2 Mart 2010, 19:05

Bakı şəhərinin rayonlarında yerləşən ümumtəhsil məktəblərinin IV sinif şagirdlərinin “Riyaziyyat” fənnindən test yoxlaması davam edir.
Fevralın 24-də Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) keçirilən Təhsil Şurasının iclasında bu təcrübənin paytaxtın digər rayonlarında da tətbiq olunması qərarlaşdırılıb. Beləliklə, martın 3 - də Bakının  6 rayonunun (Yasamal, Səbail, Qaradağ, Nəsimi, Binəqədi, Nizami) 144 məktəbində 13169 şagirdin iştirakı ilə növbəti test imtahanı keçiriləcək. Mart ayının 4 - də isə Sabunçu, Suraxanı, Xətai və Əzizbəyov rayonları üzrə test aparılacaq.
601 sinifdə keçiriləcək yoxlama üçün hər sinfə 1 nəzarətçi müəllim cəlb olunacaq. Bununla yanaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları da mərkəzlərdə yoxlamanın gedişinə nəzarət edəcəklər. İmtahan bütün məktəblərdə 11:30-da başlayacaq. İmtahandan sonra cavab kartları xüsusi optik oxuma cihazı ilə yoxlanılmaq üçün BŞTİ - yə təqdim olunacaq. İmtahanın nəticələri 3 gün ərzində ümumtəhsil məktəblərinə çatdırılacaq.
 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir