Modern.az

Mirzə Fətəli Axundzadə haqqında dəyərli kitab...

Mirzə Fətəli Axundzadə haqqında dəyərli kitab...

12 Fevral 2013, 12:12

“Keçmiş adamların ləyaqəti haqqında bizim istinad edəcəyimiz mənbə tarixdir”.
Mirzə Fətəli Axundzadə  

Gənc və istedadlı təndiqçi-publisist Nərgiz Cabbarlı böyük Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığını əks etdirən “Axundzadə şəxsiyyəti” adlı kitab yazıb. Kitabın maraqlı məziyyətləri orada böyük yazıçının həyatının indiyədək geniş ictimaiyyətə məlum olmayan tərəflərinə işıq salınmasıdır. Tədqiqatçının gərgin araşdırmaları Axundzadənin məhz öz qələmindən çıxan fikirləri, yəni tarixi faktlar vasitəsilə onun haqqında daha qərin təsəvvür yaradır, oxuçunun gözünün önündə BÜTÖV bir yazıçı şəxsiyyətini canlandırmış olur. Məsələn, məhz Axundzadənin özünün məktubları vasitəsilə biz onun heç də birmənalı olaraq din düşməni deyil, mövhumatın, geriliyin, nadanlığın düşməni olduğunu öyrənirik.

Eyni zamanda böyük ədibin şəxsi taleyi, ağrılı-acılı həyatı N.Cabbarlı tərəfindən hərtərəfli öyrənilib, oxucuya təqdim olunub. Axundzadənin ikiarvadlı olması, bəzi mənbələrdə özünü fars köklü təqdim etməsi kimi tarixin qaranlıqlarında qalan müəmmalar da kitabda bir çox versiyalar üzərində, həmçinin təkcə Axundzadənin özünün deyil, yaxın qohumlarının belə yazdığı məktublar, faktlar əsasında araşdırılıb, oxucunun mühakiməsinə verilib.

Birmənalı şəkildə bildirmək olar ki, dövrlərin, nəsillərin, dünyagörüşlərin dəyişdiyi indiki dövrdə Azərbaycan tarixinin qüruru sayıla biləcək Axundzadə kimi şəxsiyyət haqda  belə bir kitabın yazılması olduqca önəmli addım sayıla bilər. Çünki “Axunzadə şəxsiyyəti” istənilən dövrün prizmasından baxan oxucunun böyük Azərbaycan mütəfəkkirinin xalqa, bəşəri dəyərlərə, tarixi həqiqətlərə bağlılığı barədə suallarına tutarlı cavabdır.     

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər