Modern.az

Dövlət Departamenti: “Türkiyə və Ermənistana dəstək veririk”

Dövlət Departamenti: “Türkiyə və Ermənistana dəstək veririk”

3 Mart 2010, 12:49

ABŞ ikitərəfli münasibətlərin normallaşması prosesində Türkiyə və Ermənistana dəstək verdiyini bir daha açıqladı. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Krouli jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

“Türkiyə və Ermənistan arasında 90 il öncə nələr olduğuna dair ortaq bir anlayış yoxdur. Ancaq hər iki ölkə liderlərinin atdığı cəsarətli addımlara dəyər veririk və iki ölkəni keçmişə baxmağa yox, irəliyə doğru hərəkət etmələri yolunda dəstəkləməkdə davam edirik”,-deyə Krouli bildirib. O,  ikitərəfli münasibətlərin nizama salınmasının həm Ermənistanın, həm Türkiyənin, eləcə də bütün regionun xeyrinə olduğunu deyib.

 

Məsələyə “bir tərəfin qazancı digər tərəfin itkisi” kimi baxmadıqlarını deyən DP rəsmisi qeyd edib ki, hazırda Amerika liderləri həm Türkiyə, həm də Ermənistanla sıx əlaqə saxlayır.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?