Modern.az

Nəqliyyat Nazirliyində ağac qalmaqalı

Nəqliyyat Nazirliyində ağac qalmaqalı

3 Mart 2010, 13:00

2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olunub. Bununla əlaqədar bir sıra müəssisə və təşkilatlar ağacəkmə kampaniyasına start verib. Ötən həftə isə belə bir kampaniyanı Nəqliyyat Nazirlıiyi həyata keçirib. Nazirlik Zığ-Hövsan yolu boyunca 30 min şam, küknar və zeytun ağacı əkməyi öhdəlik kimi götürüb. Nəqliyyat naziri Ziya Məmmədovun da iştirak etdiyi aksiya ötən həftənin şənbə və bazar günləri keçirilib. Agacəkmə tədbirinə bu qurumun bütün strukturlarında çalışan işçilər cəlb ediliblər. Modern.az Nəqliyyat Nazirliyindəki mənbələrə istinadən ağacəkmə aksiyasına dair maraqlı məlumat əldə edib. Saytımıza verilən xəbərdə bildirilir ki, Nəqliyyat Nazirliyi rəhbərliyinin təşəbbüsü ilə sözügedən aksiya üğün ayrılan ağacların bir qismi it-bata salınıb. Bununla əlaqədar aparılan yoxlamalar zamanı nə az, nə çox, düz on min agacın əkilmədiyi məlum olub. Ehtimal olunur ki, nazirliyin müxtəlif idarələrinin rəhbərləri həmin agacları ya öz bağlarında əkdiriblər, ya da qohum-əqrəbalarına paylatdırıblar. Baş verən xoşagəlməz hadisənin nazirlik rəhbərliyinin diqqətində olduğu və bir neşə idarə müdirinin həmin məsələ ilə əlaqədar işdən kənarlaşdırılacağı qeyd edilir.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?