Modern.az

Naməlum cinayətkar barədə məlumat verənə 10 min manat mükafat ayrıldı

Naməlum cinayətkar barədə məlumat verənə 10 min manat mükafat ayrıldı

Ölkə

3 Mart 2010, 13:44

Azərbaycanın Daxili İşlər Nazirliyi  və Baş Prokurorluğu fevralın 20-də Sumqayıt şəhərində odlu silahla valyutadəyişmə məntəqəsinin işçisi Vüqar Balayevi qətlə yetirib, onun atası İsmayıl Balayevə isə bıçaqla yaralayan naməlum cinayətkar barədə birgə məlumat yayıb. Məlumatda bildirlir ki, həmin cinayətkar barədə hüquq-mühafizə orqanlarını məlumatlandıran şəxsin anonimliyi tam təmin ediləcək və məlumatın təsdiqlənəcəyi halda xəbər verən mənbəyə 10 min manat pul mükafatı veriləcək.

Modern.az Daxili İşlər Nazirliyi  və Baş Prokurorluq bir müddət öncə cinayətkarın fotorobotu hazırlanaraq kütləvi informasiya vasitələri ilə yayımlayıb. Onun təxminən 25-30 yaşlarında, 170-175 sm boya, atletik bədən quruluşuna, ağ bənizə, şabalıdı rəngli qısa saçlara, qıyıq formalı gözlərə malik olduğu, Azərbaycan dilində sərbəst danışdığı bildirilir.

Cinayətdə şübhəli bilinən şəxsi tanıyanlardan və ya yerini bilənlərdən Baş Prokurorluğun 440-78-59, Daxili İşlər Nazirliyinin 590-93-31, 492-73-96, «102 Zəng Xidməti» və Sumqayıt Şəhər Polis İdarəsinin 497-64-53 nömrəli telefonlarından birinə zəng vurmaları xahiş olunur.

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar