Modern.az

ABŞ müdafiə naziri postuna namizəd: “İrəvanla hərbi əməkdaşlığın tərəfdarıyıq”

ABŞ müdafiə naziri postuna namizəd: “İrəvanla hərbi əməkdaşlığın tərəfdarıyıq”

13 Fevral 2013, 17:28

“ABŞ Ermənistanla hərbi-siyasi əməkdaşlığın dərinləşdrilməsinin tərəfdarıdır”. Modern.az bildirir ki, bu barədə Barak Obama tərəfindən müdafiə naziri postuna namizədliyi irəli sürülmüş Çak Heygel Senatın hərbi qüvvələrlə iş üzrə komitəsinin sədri, senator Karl Levinin suallarına cavab verərəkən bildirib.

Heygel bildirib ki, Ermənistan və ABŞ arasında möhkəm əlaqələr var. “Qeyd edim ki, hətta bu günkü əlaqələrin hazırkı səviyyəsini nəzərə almaqla ikitərəfli əməkdaşlığın gələcək perspektivləri var. Biz əməkdaşlığın yeni sferalarını tapa bilərik”-deyə Heygel vurğulayıb.

“Biz Ermənistanda müdafiə sahəsində, o cümlədən erməni sülhməramlı briqadalarında islahatların aparılması üçün vasitəçilik səylərimizi davam etdiririk. Biz bu vasitəçilik səyiləri ilə çalışırıq ki, erməni sülhməramlıları koalisiya əməliyytalarında iştiraklarını davam etdirsinlər”.

Heygel bildirib ki, Vaşinqton ümidvardır ki, Ermənistanın hərbi rəhbərliyi gələcəkdə regional təhlükəsizliyin və sabitliyin möhkəmlənməsi üçün səylərini davam etdirəcək.

X.SƏFƏROĞLU  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı