Modern.az

Hərbçilərinin məvacibləri artırıldı

Hərbçilərinin məvacibləri artırıldı

15 Fevral 2013, 10:15

Fevral ayının 1-dən Gürcüstan Silahlı Qüvvələrində xidmət edən əsgərlərin 89 faizinin məvacibləri 25 faiz artırılıb. Bu barədə “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinə Gürcüstan Müdafiə Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bundan qabaq, yanvar ayında Gürcüstan Silahlı Qüvvələrinin Əfqanıstanda İSAF əməliyyatı çətçivəsində iştirak edən hərbi qulluqçularının məvacibi artırılıb.

Məlumatda daha sonra bildirilir ki, Gürcüstan Müdafiə Nazirliyi hərbçiləri müvafiq tibbi sığorta ilə təmin etmək üzrə işlər görür. Qeyd olunur ki, bu xidmət bütün hərbi qulluqçuları – generallar, zabitlər və əsgərləri bərabər səviyyədə və keyfiyyətdə tibbi sığorta ilə təmin olunmasını nəzərdə tutur.
“Tezliklə, Müdafiə Nazirliyi əsgərlərimizin hansı tibbi sığorta paketini alacağı barədə ictimaiyyətə məlumat verəcək”, - deyə məlumatda bildirilir. Eyni zamanda qeyd edilib ki, bu kimi addımların atılmasında əsas məqsəd qoşunların döyüş hazırlığını gücləndirməkdir.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu