Modern.az

Jirinovski “meteorit yağışı”nda ABŞ-ı günahlandırdı: “Bu onların işidir”

Jirinovski “meteorit yağışı”nda ABŞ-ı günahlandırdı: “Bu onların işidir”

15 Fevral 2013, 13:40

Rusiyanın qalmaqallı siyasətçisi, deputat Vladimir Jirinovski Çelyabinsk vilayətində “meteorit yağışı” adlanan təbiət hadisəsinı münasibət bildirirək bu məsələdə ABŞ-ı ittiham edib.

“Bu  meteorit deyil, amerikanların işidir, onlar yeni silahlarını sınaqdan keçirirlər. Mən bundan əminəm”-deyə Jirinovski vurğulayıb.

Modern az Rusiya KİV-lərinə istinadən bildirir ki, Jirinovskiyə görə, Uralda heç bir meteorit yağışı olmayıb, həqiqətdə bu amerikanların işidir.

“ABŞ dövlət katıbı Con Kerri bazar ertəsi Rusya xarici işlər naziri Serqey Lavrovu axtardı. Lavrov səyahətdəidi. O Lavrovu belə bir provokasiyanın olacağı və bunun da Rusiyaya təsir edə biləcəyi barədə xəbərdarlıq edəcəkdi”. Bu sözləri də Jirinovski söyləyib.

O deyib ki, kosmosun öz qanunları var, oradan heç vaxt heç nə düşmür, bunları edənlər hamısı insanlardır.

Xatırladaq ki, bu gün səhər radələrində Uralda meteorit qırıqlarının yağışı qeydə alınıb. Rusiya Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, Çelyabinsk vilayətində 150 dən çox insan bu hadisədən zərər görüb.

Günəş Fərhadlı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub