Modern.az

“Hakimiyyətin 48 qanunu”

“Hakimiyyətin 48 qanunu”

Ədəbi̇yyat

16 Fevral 2013, 12:13

“Qanun” Nnəşriyyatı növbəti dəyərli kitabla oxucuların görüşünə gəlib. Son zamanlar bestsellər və dünyada sevilən kitabları tərcümə etməklə məşğul olan nəşriyyat bu dəfə daha bir kitabı təqdim edib.  Robert Qrinin “Hakimiyyətin 48 qanunu” adlanan kitab tam olaraq özünü inkişafla bağlıdır. İnsan psixologiyasının mahir bilicisi Robert Qrin cəzb etmək və hökmranlıq etmək, özünü sevdirmək, başqalarının düşüncələrini, əhval-ruhiyyəsini məharətlə idarə etmək sənətini mənimsəməkdə sizə kö­mək edəcək. Bu kitabda toplanmış məsləhətlərə riayət etməklə, siz hər bir təbəssümü, hər bir jesti, hər bir sözü dağıdıcı silaha çevirə biləcək, həm də öz rəhbər və həmkarlarınızın sonsuz etimadına, hörmətinə nail ola biləcəksiniz. Siz hər bir qadını (və ya kişini) məftun edə, eləcə də özünə inamlı, güclü, uğurlu şəxsiyyət ola biləcəksiniz.

Elmin  Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi