Modern.az

Özbəkistanda doğumu məhdudlaşdırmağa çalışırlar

Özbəkistanda doğumu məhdudlaşdırmağa çalışırlar

Təhsil

4 Mart 2010, 11:23

Beynəlxalq təşkilatlar Özbəkistanda qadınların məcburi sterilizasiyaya məruz qalmasından ciddi narahatlıqlarını bildirir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki,  Expert Working Group beynəlxalq hüquq müdafiə təşkilatının məlumatına görə, Özbəkistanda hər il  minlərlə qadın sterilizasiya prosedurundan keçir. Məlumata görə, hər bir  həkim ayda ən azı 2 qadını  bu posedurdan keçirməlidir.  Hüquq müdafiəçiləri bildirir ki, reproduktiv yaş dövründə olan sağlam qadını müayinə edən hər bir sahə həkimi ay ərzində 2 qadını könüllü  sterilizasiya  əməliyyatına razılaşdırmaq üçün dilə tutmalıdır. Bu qaydaya əməl etməyən sahə həkiminə töhmət elan oluna və ya cərimə kəsilə bilər.

Beynəlxalq təşkilat qeyd edir ki, “könüllü cərrahi sterlizasiya barədə“ qanun cari ilin 15 fevralında Özbəkistan Səhiyyə Nazirliyi tərəfindən qəbul olunub. Lakin nazirliyin özündə bu məlumatı təkzib edirlər.

Beynəlxalq təşkilat hesab edir ki, özbək səhiyyəsi bu qanunla ölkədə doğumun səviyyəsini məhdudlaşdırmağa çalışır. Sterilizasiya zamanı ölüm halları doğuş zamanı müşahidə olunan ana ölüm hallarından azdır, lakin beynəlxalq təşkulat dövlətin inzibati  təzyiqi altında həyata keçirilən  “analıqdən kəsmə” əməliyyatının qadının həyatı üçün riskli olduğunu bildirir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu