Modern.az

Köçəryan seçkiləri boykot etdi

Köçəryan seçkiləri boykot etdi

18 Fevral 2013, 11:04

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu gün keçirilən prezident seçkilərində iştirak etməyəcək. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, sabiq ölkə başçısı səsverməyə qatılmayacağını bildirib. Eks-prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, Köçəryan hazırda ölkə xaricindədir.

Qeyd edək ki, bu gün saat 08:00-dan başlanan prezident seçkilərində 7 namizəd iştirak edir. Bunlar hazırki president, Respublika Partiyasının lideri Serj Sərkisyan, keçmiş baş nazir, “Azadlıq” Partiyasının lideri Qrant Baqratyan, keçmiş xarici işlər naziri, “İrs” Partiyasının sədri Raffi Ovannisyan,  “Milli müqəddərat ittifaqı” Partiyasının sədri Paruyr Ayrikyan, Dağlıq Qarabağ separatçı rejiminin keçmiş “xarici işlər naziri” Arman Melikyan, politoloq Andrias Qukasyan və alim Vardan Sedrakyandı.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi