Elmira Axundova 1953-cü il mayın 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub. Bakı Xoreoqrafiya məktəbi yanında ümumtəhsil məktəbini bitirdikdən sonra şəhər 3 saylı texniki məktəbində stenoqrafiya ixtisasına yiyələnib. Sonra ADU-nun Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. İlk bədii tərcüməsini - Hüseyn İbrahimovun "Nəcibənin ürəyi" hekayəsini 1978-ci ildə, ilk elmi məqaləsini isə 1979-cu ildə "Literaturnıy Azerbaydjan" jurnalında çap etdirib.
Əmək fəaliyyətinə stenoqrafçı kimi başlayıb (1971), sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor (1977-1980) olub. Azərbaycan Yazıçılar İttifaqında referent, məsləhətçi işləyibr (1980-1988). Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində böyük elmi işçi olub (1988-1991).
"Literaturnaya qazeta"nın (1990-1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıbr. Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilib (1991).
2005 və 2010-cu illərdə 71 saylı Masallı kənd seçki dairəsindən Milli Məclisdə deputat seçilib. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.
Evlidir, iki övladı, bir nəvəsi var.
Uşaqlığımla tanışlığa bu şəkildən başlayaq... | |
| |
Atam və anam... | |
| |
Sevimli atam və mən. | |
| |
Ukraynada çəkilən ailəvi şəkillərdən biri... Atam, anam, qardaşım və bacılarımla. (Mən anamın qucağındayam) | |
| |
Bu foto Bakıdakı kirayə qaldığımız evdə çəkilib. Masa ətrafında qohumlarımız əyləşib. Mən isə atamın yanında oturmuşam. | |
| |
Xoreoqrafiya məktəbində oxuyuram. O zamanlar Bakı həddindən artıq beynəlmiləl şəhər idi. Sinifdə yeganə azərbaycanlı mən idim. (İkinci cərgədə - soldan ikinci) | |
| |
14-15 yaşım olardı... Suxumi şəhərində... | |
| |
Tələbəlik illərim... | |
| |
Gəncliyin gözəl xatirələri... | |
| |
Rayonlardan folklor nümunələri toplayırdıq. BDU-nun 2 kursunda oxuyarkən... | |
| |
İdman düşərgəsindəyəm... | |
| |
Gəncliyim... | |
| |
İdman düşərgəsindən daha bir xatirə... | |
| |
Ailə fotolarından biri , baldızım, mən və qohumlar... | |
| |
Burada isə 20 yaşım var... | |
| |
Həyat yoldaşım və mən, toy məclislərindən birində... | |
| |
İkinci övladım Həbibi yedizdirirəm... | |
| |
Mən, qızım Lalə və oğlum Həbib... | |
| |
Həyat yoldaşım oğlum Həbiblə birgə... | |
| |
Ailəm: mən, yoldaşım, uşaqlarım, qardaşım və gəlinimiz... | |
| |
Mən, yoldaşım Ramiz və oğlumuz Həbib. | |
| |
Dostlarımla birgə... | |
| |
1994-cü ilin oktyabr hadisələrinin gecəsi. Mən Heydər Əliyevdən müsahibə götürürəm. | |
| |
Heydər Əliyevin jurnalistlərlə söhbəti davam edir. | |
| |
Heydər Əliyevin jurnalistlərlə söhbəti davam edir. | |
| |
Heydər Əliyevin salonunda Bolqarıstana və Ruminyaya uçarkən. Vəfa Quluzadə, Fikrət Qoca, Həsən Həsənov, Bəylər Əyyubov , Səyavuş Səmədzadə. | |
| |
Keçmiş SSRİ-nin Nazirlər Sovetinin sədri Nikolay Rişkovla bir yerdə... | |
| |
Heydər Əliyevlə Polşa səfərindən. Dilarə Seyidzadə, Aynur Bəşirli və mən | |
| |
Kitabı hazırlayarkən Heydər Əliyevin vaxtı ilə mühafizə rəhbəri olan Aleksandr İvanovla da görüşdüm .Hazırda “İnterfaks-Azərbaycan” agentliyinin baş direktorudur. | |
| |
Heydər Əliyevin rezidentasiyası... Biz o qədər yorulmuşduq, yerdən oturmağa məcburolduq. Qulu Məhərrəmli, Asiya Hacızadə, Elmira Əhmədova. | |
| |
Lüksemburqda Rusiya səfirliyinin həyətində Nizami Gəncəvinin heykəli qarşısında, Heydər Əliyev, Həsən Həsənov, Səfər Əbiyev .... | |
| |
Lissabon samitini mən işıqlandırarkən.... | |
| |
1999-cu il Amerikanın Ali Dəniz Akademiyasının hərbiçiləri ilə birgə.. | |
| |
Dubayda səhrada... 90-cı illərin ortaları... | |
| |
1998 ci il. Mən, qızım və oğlum. Antalyada... | |
| |
Türkiyədə ailəvi istirahət zamanı... | |
| |
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və xanım deputatlar.... | |
| |
8 mart günü... Milli Məclisin sədri Oqtay Əsədov xanım deputatları təbrik edir. | |
| |
lham Əliyevin təşviqat qrupunun üzvü idim... | |
| |
2008-ci ildə İlham Əliyevin prezident seçkilərinin qələbəsi... | |
| |
Sabir Rüstəmxanlı, Tənzilə Rüstəmxanlı, mən və yoldaşım... | |
| |
Heydər Əliyev haqqında kitab yazarkən Naxçıvanın kəndlərini gəzirəm.... | |
| |
Seçki ərəfəsi Masallı rayonunda... | |
| |
Masallının Hişkədərə kəndində tikdirdiyim məktəbdə işlərin nə yerdə olduğu ilə maraqlanıram... | |
| |
Əfsanəvi Bakılı, Heydər Əliyevin dostu Nikolay Baybakov ilə... | |
| |
Azərbaycan nümayəndə heyətinin MDB Parlament Assambleyasının iclas qabağı gürüşü; MDB Parlament Assambleyasının iclasında Arif Rəhimzadə ilə birlikdə. | |
| |
MDB Parlament Assambleyasının ofisində Heydər Əliyev haqında yazılmış “Şəxsiyyət və zaman “ kitabının təqdimat mərasimi | |
| |
Milli Məclisin köhnə iclas zalında... | |
| |
Mixail Qorbaçovun sağ əli olan, Heydər Əliyevlə birgə “Politbüro”da işləyən və onu sevməyən Aleksandr Yakovlevlə bir yerdə. | |
| |
Çəkiliş zamanı. Ramil Usubovun obrazını yaradan aktyor, Aleksandr Baluyev və mən... | |
| |
Mən, Aleksandr Baluyev və İsa Nəcəfov. Bizim evimizdədirlər... | |
| |
İsa Nəcəfov, Aleksandr Baluyev, mənim yoldaşım, bir də oğlum Həbib. | |
| |
Ramiz Fətəliyev və mən... | |
| |
Andrey Karaulov, Ramiz Fətəliyev və mən. Biz Heydər Əliyev haqqında “Həqiqətin anı” adlı 12 seriyadan ibarət bədii bir film çəkirdik. Çəkiliş zamanı... | |
| |
Yoldaşım Ramizlə rəqs edirik... | |
| |
Azərbaycan-Rusiya Parlamentlərarası Komissiyanın iclasında, Polad Bülbüloğlu və Vladimir Ruşaylo... | |
| |
Masallıda Olimpiya kompleksinin açılışında. | |
| |
Amsterdamda Adil Əliyevlə birlikdə Benülüks Azərbaycanlılar Konqresinin qurultayında. | |
| |
İlham Əliyevlə söhbət edirik.... | |
| |
Milli Məclisdə miniuatür kitab çıxıb. “Heydər Əliyev 85” mən onu təqdim edirəm. 2008-ci il. | |
| |
Azterminalın açılışı zamanı. Səlim Müslimov, Aydın Əliyev, Kəmaləddin Heydərov... | |
| |
Polad Bülbüloğluna Milli Məclisin yenidən qurulmuş təzə iclas zalını göstərirəm. | |
| |
Oğlumun yaratdığı Heydər Əliyev muzeyi. Kəmaləddin Heydərov muzeyə gəlib.. | |
| |
Məşhur rus yazıçısı Rudolf İvanovun 80 illiyini qeyd edərkən. Naxçıvan xanları haqqında 5 cild əsər yaradan Rudolf İvanovun təqdimat mərasimində. | |
| |
Birinci xanın Mehriban Əliyeva və mən ... | |
| |
Səfirlikdəki dostlarım Nigar Axundova, Fəridə Ağazadə və qızım Lalə. | |
| |
2010-cu il Heydər Əliyevin anım günü ilə əlaqədar səfirlikdə təşkil olunmuş tədbirdə, Kamal Abdulla və Polad Bülbüloğlu... | |
| |
Mən dahi Mstislav Rostropoviçə öz kitabımı təqdim edirəm... | |
| |
| |
Kitabımın təqdimat mərasimindən fotolar... | |
| |
Oğlumun toyu... Qudamla toyda oynayıram. | |
| |
Oğlum və gəlinim. | |
| |
Oğlumun toyunda Sabir Rüstəmxanlı, Şəmsəddin Hacıyev, Miri Qəmbərov ... | |
| |
Fərhad Bədəlbəyli ilə birgə toyda... | |
| |
Əhəd Abıyev oğlumun toyunda sağlıq deyir. | |
| |
Toyda yoldaşım, Ərəstun Cavadov, Fəttah Heydərovla birgə... | |
| |
Məşhur rəssam Rasim Babayev və mən... | |
| |
Milli Məclisin yenidən qurulmuş iclas zalında. | |
| |
Leyla xanımın tədbirdir... | |
| |
Jurnalistlərə müsahibə verirəm... | |
| |
Nəvəmə üzməyi öyrədirik. | |
| |
| |
Şirin, şəkər nəvəm, oğlum, qızım gəlinim, qudam. Hamı buradadır... | |
| |
Azərbaycan televiziyasının yaradıcılarından biri olan, yoldaşımın həmkarı, dostu Vasif Babayevlə... | |
| |
Yoldaşım və mən... Son vaxtların şəkilidi, məclislərin birində ... | |
| |
Oğlum və nəvəm... | |
| |
Sevimli nəvəmlə mən... Mənim stolüstü fotom. | |
Şəhanə RƏHİMLİ Elçin AĞAYEV |