Modern.az

Bakıdakı tıxacların əsas SƏBƏBi açıqlanıb

Bakıdakı tıxacların əsas SƏBƏBi açıqlanıb

Aktual

20 Fevral 2013, 12:59

Bakı şəhərinin yollarında tıxacların yaranmasının əsas səbəbi avtomobillərin düzgün park edilməməsi ilə əlaqədardır. Modern.az-ın məlumatına görə, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) baş direktoru Elnur Abdullayev NİİM-in 2012-ci ildəki fəaliyyətinin yekunlarına dair keçirilən mətbuat konfransı zamanı bildirib.

  Baş direktor bildirib ki, 1 illik fəaliyyət əsasında aparılan araşdırmalar göstərir ki, yollarda yaranan tıxacların əsas səbəblərindən biri məhz qeyri-qanuni parklanmadır.  

“Ötən il ərzində Mərkəz tərəfindən şəhərin əsas küçə və prospektlərində 12 815 ədəd qanunsuz parklanma faktları qeydə alınıb.

Hazırda tıxac probleminin əsas səbəbi olan qanunsuz parklanmanın qarşısını almaq üçün Qanunsuz Parklanmaya Nəzarət Sistemi hazırlanır. Bu sistem hazırda test rejimində fəaliyyət göstərir və istifadəyə tam hazırdır. Mərkəz tərəfindən tədbirlər görülür ki, müvafiq qanunvericiliyin qəbulundan sonra sistem tam gücü ilə fəaliyyət göstərsin. Sözügedən sistemin təxminən 1 ildən sonra istismara veriləcəyi gözlənilir”-deyə E.Abdullayev vurğulayıb.

NİİM-in baş direktoru qeyd edib ki, ümumilikdə Bakı şəhərinin müxtəlif rayonlarında 160-170 yerüstü parkinqin (hər parkinq 300-1000 avtomobil üçün) tikintisi nəzərdə tutulub və artıq bunlardan bir neçəsinin tikintisinə başlanılıb. Onun sözlərinə görə, taksilər üçün də 3-4 iri parkinq inşa ediləcək.  

Mətbuat konfransında digər çıxış edən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) texniki istismar üzrə direktoru İbrahim Əliyev ictimai nəqliyyatda quraşdırılacaq vahid kart sistemində danışıb.

Texniki istismar üzrə direktor bildirib ki, bu ilin may ayından Bakı şəhərinin ictimai nəqliyyat sektorunda vahid ödəmə sisteminin tətbiqi gözlənilir. Onun sözlərinə görə, bu layihə çərçivəsində artıq bir çox texniki hazırlıq işləri görülüb.   “İctimai nəqliyyata yeni tətbiq ediləcək sistem yeni olduğundan Koreya, Türkiyə və Avropanın bir neçə ölkəsinin təcrübəsi öyrənilib. Yeni sistemin tətbiqi çərçivəsində dövriyyəyə buraxılacaq vahid ödəmə kartından sərnişinlər avtobus və metroda istifadə edə biləcəklər. Həmin kartlara sərnişinlər istədikləri pul məbləğini yükləyərək ödənişləri nağdsız şəkildə aparacaqlar. Kartların yüklənməsi üçün isə dayanacaqlarda xüsusi monitorlu temirnallar quraşdırılıb”.


Anar Kəlbiyev

 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür