Modern.az

Hidayət Orucov etimadnaməsini təqdim etdi

Hidayət Orucov etimadnaməsini təqdim etdi

20 Fevral 2013, 13:00

Azərbaycanın Qırğızıstana yeni təyin edilən fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov öz etimadnaməsini Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayevə təqdim edib. Modern.az xəbər verir ki, təqdimat mərasimi zamanı Hidayət Orucov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını həmkarı A. Atambayevə çatdıraraq, Azərbaycan Prezidentinin iki qardaş ölkə arasında iqtisadi-ticarət, nəqliyyat-kommunikasiya və mədəni-humanitar və digər sahələrdə dinamik və uğurla möhkəmlənməsinə önəm verdiyini bildirib.

Hidayət Orucov vurğulayıb ki, səfir vəzifəsində çalışacağı dövrdə ikitərəfli münasibətlərin möhkəmlənməsi və inkişafı üçün səylərini əsirgəməyəcək. 

Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev Azərbaycan Prezidentinin salamlarına görə öz təşəkkürünü bildirib, onunda salamlarını çatdırılmasını xahiş edib. Prezident Azərbaycanla çıxış birliyinin inkişafı üçün vaxtın yetişdiyini vurğulayıb və Azərbaycan Prezidentinin fəaliyyətini çox yüksək dəyərləndirib.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü