Modern.az

Əsgər əsgəri güllələyib

Əsgər əsgəri güllələyib

4 Mart 2010, 14:36

Müdafiə Nazirliyinin Tərtər rayonunda yerləşən N saylı hərbi hissəsində ölüm hadisəsi baş verib. Əsgərlərdən biri əsgər yoldaşını öldürüb. Məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti də təsdiqləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya bildirib ki, dünən axşam saatlarında hərbi hissənin əsgəri, 2008-ci ilin oktyabrında Qobustan rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1990-cı il təvəllüdlü Novruzov Vilayət Vəkil oğlu silahla ehtiyatsız davranaraq atəş açıb.
Nəticədə onun əsgər yoldaşı 2009-cu ilin oktyabrında Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış 1990-cı il təvəllüdlü Əliyev Rövşən Qəzaxan oğlu yaralanıb və dünyasını dəyişib.


 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir