Modern.az

Bakı metrosunda PROBLEM - sərnişinlər stansiyalarda qalıb

Bakı metrosunda PROBLEM - sərnişinlər stansiyalarda qalıb

Aktual

20 Fevral 2013, 14:33

Bakı Metropolitenində qatarların hərəkət qrafikində gecikmə müşahidə olunub. Modern.az saytının məlumatına görə, qatarların gecikmə müddəti hətta 20 dəqiqəyə çatıb. Bu saatlarda stansiyalarda sərnişin çoxluğu gərginliyə səbəb olub.  Təxminən 20 dəqiqədir ki, stansiyalara qatar gəlmir.

Metropolitendən Modern.az saytına verilən məlumatda faktı təsdiqləyiblər. Amma onlar qatarların hərəkət qrafikində 8 dəqiqə gecikmə olduğunu qeyd ediblər.

“Bu yeni sistemin tətbiqi ilə əlaqədardır. Belə ki, metrolarda qatarların daha təhlükəsiz hərəkəti üçün yeni sistem tətbiq olunur. Hazırda ona adaptasiya prosesi gedir, ona görə bəzi problemlər yaşanır. Amma problem tez zamanda aradan qaldırılır. Bir müddətdən sonra bu da öz həllini tapacaq”

Aytən ƏLİYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?