Modern.az

Mehriban Əliyeva Türk mədəniyyətinin hamisi adına layiq görüldü

Mehriban Əliyeva Türk mədəniyyətinin hamisi adına layiq görüldü

20 Fevral 2013, 18:06

“Türküstan” qəzetinin təşəbbüsü və 20-yə yaxın təşkilatın dəstəyi ilə keçirilən “Türk dünyasına xidmət - 2012” rəy sorğusunun nəticələri açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında “Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal bildirib ki, türk dünyasının inteqrasiyasında və türk millətinin dünyadakı nüfuzunun artırılmasında xidmətləri olan şəxsiyyətləri, qurumların sorğu vasitəsilə müəyyən edilməsi və onların gördükləri işlərin təbliği üçün keçirilən sorğuya dünyanın müxtəlif yerlərində fəaliyyət göstərən türksoylu xalqların tanınmış təşkilatlarından, ortaq qurumlardan dəstəklər ifadə olunub. Və bu təşkilatlardan ibarət sorğunun beynəlxalq dəstəkçiləri formalaşdırılıb.

“Bu qurumlardan Dünya Türk Gənclər Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Türk Xalqları Assambleyası (Qazaxistan), Dünya Uyğur Konqresi, Kırım Türkləri Kültür və Yardımlaşma Dərnəyi, Qırğız Türkləri Yardımlaşma və Dayanışma Dərnəyi, Türküstanlılar Kültür və Yardımlaşma Dərnəyi (Özbəkistan), Kosova Qora Türkləri Kültür və Araşdırma Dərnəyi, Dünya Türkmən Birliyi (Türkmənistan), Lider Qadınlar İctimai Birliyi, Dünya TuranDo Assosiyasiyası, Borçalı Cəmiyyəti, Makedoniya Türkləri Ufuk Dərnəyi adını qeyd edə bilərik. Bu tərkib sorğunun tək Azərbaycanı deyil, bütövlükdə türk dünyasını əhatə etməsinə, həmçinin sorğunun və sorğu nəticəsində veriləcək ödüllərin beynəlxalq əhəmiyyət daşımasına imkan yaradır”.

Sorğu 3 kateqoriya - mədəniyyət, təhsil və siyasət üzrə keçirilən sorğuda respondentlərdən türk dövlətləri arasında inteqrasiya prosesinə münasibət bildirmələri də soruşulub.

Sorğu internet saytlarında, eyni zamanda anketlə, adıçəkilən qurumların iştirakı ilə, həmçinin elektron poçt vasitəsilə aparılıb.

Həmçinin, sosial şəbəkələrdə sorğu ilə bağlı davamlı çağırışlar olub. Yerli və xarici televiziyalarda, qəzet və saytlarda sorğuyla bağlı xəbərlər, reportajlar, müsahibələr, ayrıca televiziya verilişləri olub. 

Sorğuya ümumilikdə 37.525 respondent qatılıb.

Sorğuda 3 nominasiya üzrə 60-a yaxın şəxs və qurumların adları respondentlər tərəfindən qeyd olunub. Bunların içərisində türk dünyasının tanınmış siyasət, elm, mədəniyyət xadimləri, millət vəkilləri, sənətçilər, jurnalistər də var. Lakin, münsiflər heyəti sorğuda daha çox səs alan və böyük fərqlə önə çıxan şəxs və qurumlardan hər nominasiya üzrə 2 qalibin elan olunmasını qərara alıb. Sorğunun birinci nominasiyası - Türk mədəniyyətinin qorunmasında və təbliğində xidmətinə görə  YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyeva Türk mədəniyyətinin hamisi adına layiq görülüb.

Respondentlərin şərhlərində M.Əliyevanın bu yöndə fəaliyyəti aşağıdakı şəkildə formalaşdırlıb. Mehriban Əliyevanın YUNESKO və İSESKO-dakı fəaliyyəti və dəstəyi sayəsində ortaq türk mədəniyyətinin, düşüncəsinin nümunəsi olan bir sıra abidələr, milli musiqi nümunələri,  sənət əsərləri, milli musiqi alətləri, Türk və Şərq dəyərlərini özündə əks etdirən milli bayramlar YUNESKO-nun xətti ilə dünyanın maddi-mədəni irs siyahısına daxil edilib. Bu sırada Türk coğrafiyasının önəmli milli bayramı olan, həmçinin türklərin Ergenekon daglarından böyük dünyaya çıxışının simvolu kimi xarakterizə edilən Novruz bayramının, Qobustanın qayaüstü abidələrinin, Şirvanşahlar saray kompleksinin, İçərişəhərin, o taylı, bu taylı Azərbaycanın danımaz dəyəri olan muğamın, xalçanın, sazın, tarın adını çəkmək yerinə düşər. Həmçinin, Mehriban xanımın dəstəyi ilə ortaq türk düşüncəsini, milli dövlətçilik ənənələrimizi özündə əks etdirən, əski Göytürk Xaqanlığının ruhunu minillərdir daş yaddaşında qoruyan Orxon-Yenisey abidəsinin, qazax, qırğız xalqlarının yaddaşını qopuzun, “Manas” dastanının, tamburanın, tatar türklərinin milli bayramı “Sabantyu”nun dünyanın maddi-mədəni irs siyahısına daxil edilməsi, Azərbaycanın və türk dünyasının dahi şəxsiyyətlərinin, alimlərin, şairlərin yubileylərinin  YUNESKO-nun  və İSESKO-nun xətti ilə təntənəli şəkildə qeyd edilməsi də bu sırada vurğulanır.

“Türk mədəniyyətinin hamisi” nominasiya üzrə daha çox səs olan digər qalib isə TÜRKSOY təşkilatıdır.

 

TÜRKSOY təşkilatı türk mədəni irsinin qorunması, dünyada təbliği sayəsindəki davamlı xidmətləri ilə qeyd olunur. Türk coşrafiyasından olan böyük şəxsiyyətlərin yubileylərinin qeyd olunması, ədəbiyyat adamlarının əsərlərinin nəşri, rəssamların dəstəklənməsi, xüsusilə BMT qərargahında Türk dünyasının ortaq bayramı olan Novruz şənliyinin kecirilməsi TÜRKSOY-un fəaliyyətində böyük rəgbətlə qarşılanan  hadisələrdir.

“Türk gəncliyinin təhsilində və formalaşmasında xidmətlərinə görə kimi türk gəncliyinin dostu sayırsınız?” nominasiyası üzrə ən çox səs bu yaxınlarda həyatdan köçmüş Türk Dünyası Arağdırmalar Vəqfinin qurucu başqanı, professor doktor Turan Yazgana verilib.

Respondentlər Turan Yazganı bütün ömrünü, maddi və mənəvi imkanlarını Turan ülküsünə, türk Birliyinin gercəkləşməsinə, Türk gəncliyinin çağdaş dünyasının tələblərinə uygun şəkildə təhsil almasına yönəldən ölməz bir şəxsiyyət kimi dəyərləndiriblər. Onun çıxardığı türk dünyasına səs salmış “Türk Tarixi” dərgisi, sovet imperioyası dagıldıqdan sonra müstəqilliyinə qovuşan tür cümhuriyyətlərində, həmçinin  muxtar respublikalarda açdığı Atatürk Liseyləri bu gün Turan Yazganın dəyərli yadigarları olaraq qeyd olunmaqdadır. Hesab edirik ki, bu doğru seçim həm də Türk dünyasının bu dəyərli övladına bir vəfa borcudur.

“Türk gəncliyinin dostu” nominasiyası üzrə daha çox səs alan digər qalib isə Çağ Öyrətim İşlətmələri Şirkətidir.

Respondentlər Çağ Öyrətim Şirkətini Türk gəncliyinə çagdaş dünyanın tələblərinə uygun keyfiyyətli təhsil verməsi, türk dilinin dünyada yayğınlaşdırılması və bununla gələcəkdə dünyanın aparıcı ünsiyyət dillərində birinə çevirilməsi, həmçinin hər il kecirilən Türkcə olimpiyat oyunlarında önəmli iştirakına görə qiymətləndiriblər. 

“Türk dövlətləri və xalqları coğrafiyasından kimi ilin siyasətçisi sayırsınız?” sorğusu üzrə ən çox səs Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğana verilib. Respondentlər şərhlərində R.T.Erdoganı Türk dünyasının aparıcı dövləti olan Türkiyənin nüfuzunun dünyada artırlımasında, bölgədə mühüm siyasi oyunçulardan birinə çevirilməsində, iqtisadi yüksəlişində, həmçinin türk dövlətləri arasında inteqrasiya proseslərinin, ortaq qurumların yaradılımasının Türkiyə hökuməti tərəfindən dəstəklənməsində xidmətlərinə görə dəyərləndiriblər. 

 

Həmçinin son dönəmlər Türkiyə hərbi və kosmik sənayəsinin məhsulları olan “Altay” tankının, “Göytürk-2” peykinin türk tarixində silinməz iz buraxmış ifadələrlə adlandırılmasını xüsusi qeyd edilib.

İlin siyasətçisi nominasiyası üzrə daha çox səs alan digər qalib isə Qırğızıstanın keçmiş prezidenti Roza Otunbayevadır.



Respondentlər “Qırgızların anası” adlandırılan R.Otunbayevanı Qırğızıstanda ölkədaxili gərginliyin ortadan qaldırılmasında, xarici təxribatçı qüvvələrin qırgız və özbək türkləri arasında nifaq salma cəhdlərinin qarşısının alınmasında, Orta Asiyada sülhün, sabitliyin təmin olunmasında, ölkədə qansız, demokratik şəkildə hakimiyyət ötürülməsinə və bununla da bölgədə demokratiyaya dəstək verdiyinə. Qırgız türklərinin milli ve çağdaş dəyərlərə söykənən dövlət qurmasında önəmli xidmətlərinə görə qiymətləndiriblər.

Sorgunun münsiflər heyəti tərkibi aşağıdakı kimidir:

Zəlimxan Yaqub – Xalq şairi Azərbaycan Aşıqlar Birliyinin sədri 

Nizami Cəferov  - Atatürk Mərkəzinin sədri 

Rəşad Məcid  - Azərbaycan Yazıçılar Birliyinin katibi 

Azerin  -  əməkdar artist, müğənni 

Seyfullah Türksoy – İpəkyolu Media Qrupunun rəhbəri 

Yermentay Sultanmurat – Türk Xalqları Assambleyasının prezidenti 

Umud Rəhimoğlu – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədi 

Mustafa Saatçı – Dialoq Avrasiya Platformasının Azərbaycan təmsilçisi

Əhməd Qəşəmoğlu –Tərəqqiyə Elmi Dəstək İB-nin sədri,sosioloq     

Sorğuda ən çox səs almış şəxs və qurumlar - hər nominasiya üzrə iki qalib olmaqla, xüsusi ödül və diplomla mükafatlandırılacaq.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər