Modern.az

IX və XI siniflər üzrə sınaq imtahanlarının cavabları açıqlanıb

IX və XI siniflər üzrə sınaq imtahanlarının cavabları açıqlanıb

Ölkə

4 Mart 2010, 15:55

Məlum olduğu kimi, fevralın 27-28-də Bakı və Sumqayıt şəhərlərindəki ümumtəhsil məktəblərində əsas və orta təhsil kursları üzrə sınaq imtahanları keçirilib. Modern.az bu barədə ətraflı məlumat verdiyindən sınaq imtahanların cavablarınln nə zaman açıqlanacağı barədə redaksiyamıza ardı-arası kəsilməyən müraciətlər daxil olur. Odur ki, bu müraciətlərin hamısını cavablandırırıq: imtahanların cavabları artıq məlumdur.

XI sinif şagirdləri  8 fənn-Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya, coğrafiya və xarici dili üzrə 120 sualı cavablandırıblar. IX sinif şagirdləri isə ana dili və riyaziyyat fənləri üzrə hərəsi 25 sual olmaqla 50 suala cavab veriblər.

 

Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsindən Modern.az-a bildirlib ki, sınaq imtahanlarının nəticələri nazirliyin edu.gov.az saytında sol tərəfdən aşağıdakı “İmtahan” bölməsində yerləşdirilib. Şagirdlər həmin bölməyə daxil olub kodlarını yazmaqla cavablarını öyrənə bilərlər.

 

Qeyd edək ki, yoxlama imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahanının nəticələri nəzərə alınmaqla çıxarılacaq.  

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır