Modern.az

Mətbuat Şurası "reket qəzet"lərin məsələsini müzakirə edib

Mətbuat Şurası "reket qəzet"lərin məsələsini müzakirə edib

4 Mart 2010, 17:24

 

Mətbuat Şurasının (MŞ) «qara siyahı»sında yer alan kütləvi informasiya vasitələrinin həmin siyahıdan çıxmaları ilə əlaqədar müraciətlərinin araşdırılması üçün ayrıca «apellyasiya qrupu» yaradılıb. Bu gün qrupun ilk iclası keçirilib. Modern.az xəbər verir ki, qrupun rəhbəri, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, «qara siyahı»da yer alan KİV-lərin 11-i MŞ-yə ərizə ilə müraciət edib. Qrupun üzvlərindən «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin və «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbasın çıxışlarında qeyd olunub ki, hər hansı nəşrin «qara siyahı»dan çıxarılması məsələsində «Reket nəşr»lərin müəyyənləşdirilməsinə dair Təlimatın şərtləri əsas götürülməlidir.

 

Qeyd edək ki, Təlimat aşağıdakı hallarda «qara siyahı»dan çıxarılmanı nəzərdə tutur:

 

- MŞ-nin müvafiq qərarının qəbulundan ötən 1 (bir) il müddətində etik prinsiplərin pozulması ilə əlaqədar barəsində MŞ-yə əsaslı şikayət və müraciətlər daxil olmadıqda;

 

- Azərbaycan Mətbuat Şurasının müvafiq qərarının qəbulundan sonrakı 1 (bir ) il müddətində Şuranın apardığı monitorinqlər zamanı fəaliyyətində peşə prinsiplərinin pozulmasının aşkarlanmadığı müəyyənləşdirildikdə; 

- «Reket nəşr» elan olunan KİV-in MŞ-yə üzərindən «reket nəşr» adının götürülməsinə dair rəsmi müraciət ünvanlamasından, bunun üçün Təlimatda nəzərdə tutulan tədbirlərin reallaşdırılması istiqamətindəki tövsiyyələrə əməl etməyə razılığını bildirdikdən  sonra;

 

- KİV-in üzərindən «reket nəşr» adının götürülməsi prosedurunun həyata keçirilməsinə məlum nəşrin redaksiya kollektivi ilə əmək müqaviləsi bağladığını, əmək və vergi qanunvericiliyinin tələblərinə riayət etdiyini sübut edən sənədləri MŞ-yə təqdim etdikdən sonra;

 

- Məlum nəşrin il ərzində ən azı 12 nömrəsi çıxdıqdan sonra.

 

Qrup üzvləri qərara aldılar ki, mövcud tələblərə əməl olunmayacağı təqdirdə heç bir nəşrin «qara siyahı»dan çıxarılması məsələsinə baxıla bilməz. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir