Modern.az

“Çelyabinsk meteoriti”nin yeni qalıqları tapılıb

“Çelyabinsk meteoriti”nin yeni qalıqları tapılıb

21 Fevral 2013, 13:35

Rusiyanın Çelyabinsk vilayətinə düşən meteoritin ikinci axtarışları ekspedisiyası zamanı yeni kosmik cisimlərərin fraqmentləri tapılıb. Modern.az-ın məlumatına görə, ekspedisiyaya başçılıq edən Rusiyanın ən böyük meteorit eksperti Viktor Qroxovski 10 dan çox yeni nəhəng parçaların tapıldığını söyləyib:
“Yeni meteorit parçaları yetərincə nəhəngdirlər. Onların ölçüləri bir neçə adam yumruğu qədərdir.Maraqlı odur ki, onlar Çebarkul gölü ərazisində yox, Çelyabinskinin cənubunda tapılıb. Yəni bu o deməkdir ki, biz artıq tək bir meteoritdən yox meteorit yağışından danışa bilərik”.

Xatırladaq ki, ilk ekspedisiya zamanı Çebarkul gölü ərazisində 53 parça tapılıb.

Rusiyanın Çelyabinski vilayətinə düşən meteorit böyük bir rezonansa səbəb olub. Alimlər arasında isə kosmosdan yerə dəqiq nəyin düşdüyü hələ də müzakirə olunur.

 

Günəş Fərhadlı 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?