Modern.az

Yanukoviç öz maaşını yarıbayarı azaltdı

Yanukoviç öz maaşını yarıbayarı azaltdı

Dünya

4 Mart 2010, 17:28

Ukrayna prezidenti Viktor Yanukoviç vəzifə maaşının iki dəfə azaldılması barədə müvafiq tapşırıq verib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, müvafiq sərəncam bu gün prezidentin rəsmi saytında dərc olunub. Yanukoviç Nazirlər Kabinetinə prezident maaşının 50 faiz azaldılması məsələsinin təxirəsalınmadan həllini tapşırıb. 2010-cu il büdcə layihəsinə əlavələrin edilməsi çərçivəsində hökumət prezidentin fəaliyyətinin təmin olunması gedişində xərclərin müvafiq azaldılmasını  nəzərə almalıdır. Bundan əlavə, ötən illə müqayisədə prezident və digər dövlət inzibati orqanları tərəfindən yaradılmış bir sıra məşvərət-məsləhətçi, habelə  digər köməkçi orqan və xidmətlərin xərcləri də 20 faiz azaldılacaq.

Qənaət olunmuş vəsaitlər yaşayış minimumu və minimal əməkhaqlarının təyin olunması barədə qanunun yerinə yetirilməsinə yönəldiləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!