Modern.az

Millət vəkili Türkiyədə Xocalıdan danışdı

Millət vəkili Türkiyədə Xocalıdan danışdı

Aktual

21 Fevral 2013, 16:27

Millət vəkili Qənirə Paşayeva Uşak valisi Mehmet Ufuk Erden ilə görüşüb və görüş zamanı Xocalı Soyqırımının dünyaya daha geniş çatdırılması istiqamətində türk gəncliyinin üzərinə böyük vəzifələr düşdüyünü bildirilib.

Modern.az-ınməlumatına görə, Xocalı Soyqırımının 21-ci ildönümü münasibətilə Uşak Universiteti tərəfindən təşkil edilən konfransda iştirak etmək üçün Uşak şəhərinə səfər etdiyini bildirən millət vəkili Qənirə Paşayeva ermənilərin 21 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törəkdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , - deyib.  

Azərbaycan ilə Türkiyənin  bir millət iki dövlət olduğunu qeyd edən millət vəkili Azərbaycanın daim qardaş Türkiyənin yanında olduğunu deyib.

“Türkiyə nə qədər güclənərsə, Azərbaycan o qədər güclənmiş deməkdir. Azərbaycan nə qədər güclənərsə, bu, Türkiyənin gücü deməkdir", - deyən millət vəkili Azərbaycan ilə Türkiyə arasında əlaqələrin daha da inkişaf etdiyindən məmnunluğunu ifadə edib və bu əlaqələrin getdikdə daha güclənəcəyinə inandığını deyib.

Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı  geniş məlumatlar verən Q.Paşayeva görüşdə həmçinin Ermənistanın torpaqlarımızın 20%-ni işğal altında saxlaması, qaçqın və məcburi köçkünlərin uzun illərdir öz doğma yurdlarına dönə bilməməsi, Dağlıq Qarabağ və işğal edilmiş digər Azərbaycan ərazilərində dinc azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımlar, qətliamlar,  tarixi abidələrin erməni vandalizminə məruz qalması barədə də danışıb.

Uşak valisi Mehmet Ufuk Erden isə Azərbaycan və Türkiyənin bir millət, iki dövlət olduğunu və qardaşlıq bağlarının çox güclü olduğunu vurğulayaraq, iki ölkə arasında iqtisadi, siyasi iş birliyinin daha da genişləndirilməsinin önəmli olduğunu söyləyib.

Görüşdə DAK başqan yardımçısı Asif Qurban, Zəka İnkişaf Mərkəzinin rəhbəri Nərgiz Paşayeva da iştirak edib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Uşak valisi Mehmet Ufuk Erdenə Azərbaycan həqiqətlərinə, tarixinə, mədəniyyətinə dair kitablar və materiallar, özünün müəllifi olduğu əsərləri də təqdim edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır