Modern.az

Elmar Məmmədyarov Parisə səfərə gedib

Elmar Məmmədyarov  Parisə səfərə gedib

4 Mart 2010, 17:47

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu gün Fransaya səfərə gedib. Modern.az xəbər verir ki, XİN başçısı sabah Parisdə ATƏT-in Minsk qrupu həmsədrləri ilə görüşəcək.  Səfərdə məqsəd Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi çərçivəsində gələcək addımların dəqiqləşdirilməsidir.

E.Məmmədyarov səfərdə ötən ilin sonunda münaqişə tərəflərinə təqdim olunan yenilənmiş Madrid prinsipləri ilə bağlı Ermənistanın mövqeyi ilə tanış olacaq.

Xatırladaq ki,  bir qədər əvvəl  E.Məmmədyarov bəzi elementlər istisna olmaqla, Madrid prinsiplərinin yenilənmiş variantının Azərbaycan tərəfi üçün məqbul olduğunu bildirib.  

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir