Modern.az

Rəsmi Bakı Abdulla Gülün Sərkisyanı təbrik etməsinə münasibət bildirib

Rəsmi Bakı Abdulla Gülün Sərkisyanı təbrik etməsinə münasibət bildirib

21 Fevral 2013, 17:12

Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov
Türkiyə prezidenti Abdulla Gülün Serj Sərkisyanı ikinci dəfə Ermənistan prezidenti seçilməsi münasibətilə təbrik etməsinə rəsmi Bakının münasibətini açıqlayıb.
Jurnalistlərə açıqlamasında N.Məmmədov deyib ki, o, Türkiyə prerzidenti Abdulla Gülün Serj Sərkisyana təbrik məktubu göndərməsi haqda məlumatı mətbuatdan oxuyub.

N.Məmmədovun sözlərinə görə, bu barədə dəqiq məlumatı olmadığına görə, araşdırma aparmağına ehtiyac var:

“Belə bir təbrik olubsa, bunun Türkiyə dövlətinin və ya Abdulla Gülün mövqeyi olması aydınlaşmalıdır" – deyə Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini bildirib.

Ermənistanda keçirilən seçkilərlə bağlı proseslərin həddən artıq ziddiyyətli olduğunu vurğulayan N.Məmmədovun sözlərinə görə qonşu ölkənin daxilində qarışıqlıq yaranıb, bir sıra partiyalar nəticələri tanımır, rəsmi nəticələr də elan olunmayıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir