Modern.az

Füzuli Ələkbərovun nazirliyində yeni Agentlik yaradılır

Füzuli Ələkbərovun nazirliyində yeni Agentlik yaradılır

22 Fevral 2013, 11:01

Azərbaycan Respublikasında əmək ehtiyatlarından daha dolğun istifadə etmək, işçi qüvvəsinin keyfiyyətini və rəqabət qabiliyyətini artırmaq, layiqli məşğulluğu və əmək bazarında ehtiyac duyulan bacarıqların müəyyən olunmasını təmin etmək dövlətin məşğulluq siyasətinin əsas hədəflərindən biridir.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək Ehtiyatlarının İnkişafı Agentliyinin yaradılması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, bununla bağlı olaraq, müvafiq işlər aparılmaqdadır. 

Həmçinin Agentliyin əsasnaməsinin layihəsi hazırlanıb və aidiyyatı təşkilatların rəyləri nəzərə alınmaqla yenidən işlənərək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər