Modern.az

Zurab Noqaideli Gürcüstan azərbaycanlılarını öz tərəfinə çəkir

Zurab Noqaideli Gürcüstan azərbaycanlılarını öz tərəfinə çəkir

4 Mart 2010, 19:35

Gürcüstanın sabiq hökumət başçısı, müxalifətdə olan “Ədalətli Gürcüstan uğrunda” partiyasının sədri Zurab Noqaideli qonşu ölkədəki soydaşlarımızı öz tərəfinə çəkir.  Modern.az gürcü mətbuatına isinadən xəbər verir ki,  bu  gün Zurab Noqaidelinin rəhbərik etdiyi partiya ilə Gürcüstan azərbaycanlılarının təmisl olunduğu “Sənin üçün, Gürcüstan” partiyası arasında birgə siyasi fəaliyyətə dair müqavilə imzalanıb. Müqaviləni Zurab Noqaideli və “Sənin üçün, Gürcüstan” partiyasının lideri prezidentliyə sabiq namizəd  Fazil Əliyev imazlayıblar. Sənədin imzalanmasından sonra Noraideli və Əliev qeyd ediblər ki, partiyalar yerli bələdiyyə,  parlament və prezident seçkilərində birgə iştirak edəcəklər.

 “Biz əməkdaşlq barədə saziş imzaladıq, etnik qruplar ölkədə olduğu kimi hökumətdə də təmsil olunmalıdırlar. Mən belə bir sazişin imzalanmasına  sevinirəm”,-deyə Noqaideli bildirib. Öz növbəsində  Fazil Əliyev qeyd edib ki, onun üçün Noraidelinin siyasi kursu məqbuldur. “Buna görə də mən  Noqaidelinin rəhbərlik etdiyi partiya ilə alyansa girməyə qərar verdim”,-deyə Fazil Əliyev bildirib. Partiyasının bir qədər əvvəl yarandığını deyən F.Əliyev əlavə edib ki,  Noqaidelinin partiyası müasir, nüfuzlu partiyadır və onun siyasi kursu onlar üçün məqbuldur.  

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır