Modern.az

Nümayəndələr Palatası "erməni soyqırımı"nı tanıdı, Türkiyə ABŞ-dakı səfirini geri çağırdı

Nümayəndələr Palatası "erməni soyqırımı"nı tanıdı, Türkiyə ABŞ-dakı səfirini geri çağırdı

5 Mart 2010, 06:20

Martın 4-dən 5-nə keçən gecə ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı"nın tanınması ilə bağlı qətnamənin səsverməsi keçirilib.

Türkiyə mətbuatına istinadən Modern.az xəbər verir ki, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi 22 səs əleyhinə, 23 səs lehinə olmaqla qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul edib.

Xatırladaq ki, qonradma "erməni soyqırımı" haqqında qətnamənin müzakirəyə çıxarılması ideyasını ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri Hovard Berman irəli sürüb.

Müzakirələr başlayana qədər ABŞ Prezidenti Barak Obama Konqresə qətnaməni qəbul etməməyi tövsiyə edib. Eyni zamanda, ABŞ-ın dövlət katibi Hillari Klinton ABŞ Konqresinin Xarici əlaqələr komitəsinin sədri ilə telefon danışığı zamanı deyib ki, qətnamənin qəbulu Ermənistan-Türkiyə protokollarını təhlükə altında qoyacaq.

Türkiyə hökuməti ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı” ilə bağlı qanun layihəsini pisləyib. Bunu yanlış və haqsız bir mövqe hesab edən Türkiyə ABŞ-dakı səfiri Namiq Tanı Ankaraya çağırıb. Hökumətin açıqlamasında bildirilir ki, səfirlə məsləhətləşmələr aparılacaq.

Modern.az

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir