Modern.az

Bir neçə rayonun İcra Hakimiyəti başçısı dəyişdirildi

Bir neçə rayonun İcra Hakimiyəti başçısı dəyişdirildi

Təhsil

5 Mart 2010, 00:36

Martın 4-də Prezident İlham Əliyev bir neçə rayonun İcra Hakimiyyəti başçılarının dəyişdirilməsi barədə sərəncam imzalayıb.

Ölkə başısının müvafiq sərəncamları ilə Hüseyn İsrafil oğlu İsrafilov Bakı şəhəri Qaradağ rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib, onun yerinə Süleyman Surxay oğlu Mikayılov təyin edilib.

Süleyman Surxay oğlu Mikayılov Lənkəran şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu vəzifəyə Tofiq Hüseyn oğlu İbrahimov təyin olunub. O, yeni təyinatı ilə əlaqədar olaraq, Qəbələ rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Qəbələ rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsi isə Səbuhi Məhəmməd oğlu Abdullayevə tapşırılıb.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü